Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 17:32

-

Dekabrın 28-də «Bakı Metropoliteni» QSC «28 May» metro stansiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə növbəti sosial aksiyaya başlayıb.

«Report» xəbər verir ki, tədbir çərçivəsində Şaxta Baba və Qar Qız metro stansiyalarında uşaqlarla görüşərək, onlara hədiyyələr paylayıblar.

Şaxta Baba və Qar Qız personajlarını Bakı Metropoliteninin işçiləri canlandırıblar. Şaxta Baba obrazında «Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, Qar Qız isə qurumun marketinq şöbəsinin rəisi Lalə Babayeva olub.

Şaxta Baba və Qar Qız metronun bütün stansiyalarını gəzəcəklər. Tədbir bir neçə gün davam edəcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG