Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:55

E.Millinin qaynının məhkəməsi gedir


Emin Milli
Emin Milli

-

Meydan TV-nin baş direktoru Emin Millinin qaynı Nazim Ağabəyovun işi üzrə məhkəmə istintaqı başlandı. Bakı Ağır Cinayətlər Məhkəməsində dekabrın 28-də keçirilən məhkəmə iclasında prokuror Fərid Nağıyev ittiham aktını elan etdi.

Nazim Ağabəyov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham olunur. Ağabəyov bu il iyulun 23-də yaşadığı evin yaxınlığında həbs olunub. İttiham aktına görə, paytaxtın Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən «Bolmart» Ticarət Mərkəzinin yaxınlığında Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları onu saxlayaraq, idarəyə gətiriblər. Onun üzərinə və maşınına baxış keçirilərkən 6.213qram heroin tapılıb.

Lakin Nazim Ağabəyov ittihamı qəbul etmir və bu barədə yazılanların da yalan olduğunu bildirir. Onun sözlərinə görə, üzərindən tapıldığı iddia olunan narkotiki əslində, polis əməkdaşları özləri qoyub. Həbsinin səbəbini isə hökuməti sərt tənqid edən Emin Millinin yaxın qohumu olmasıyla əlaqələndirir.

Bu iş üzrə məhkəmə prosesi yanvarın 5-də Nazim Ağabəyovun özünün ifadəsi ilə davam edəcək.

Nazim Ağabəyov Xalq rəssamı Mais Ağabəyovun oğludur.

XS
SM
MD
LG