Keçid linkləri

2026, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:49

Nazirlik: Ət bahalaşmayıb

Ət
Ət

-

Ət bahalanmayıb. İqtisadiyyat və Sənaye Nazirliyi belə məlumat yayıb. Məlumatda deyilir ki, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarına mütəmadi nəzarət edir və ətin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb.

Nazirlik paytaxtdakı satış məntəqələrində 1 kq mal ətinin 6.50-8.00 manata satıldığını bildirir. Qoyun ətinin 1 kq-ı isə, əvvəlki aylarda olduğu kimi, 8-10 manata satılır.

Bundan başqa, nazirlik Sumqayıt şəhərindəki satış yarmarkalarında mal ətinin 1 kq-nındaha ucuz -5.50-6 manata satıldığını bildirir.

This item is part of
XS
SM
MD
LG