Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Mart, Cümə, Bakı vaxtı 00:23

Dollar satışına görə 3 nəfər saxlanıldı


Dollar

-

Azərbaycanda xarici valyutanın qanunsuz mübadiləsini həyata keçirən 3 nəfər saxlanılıb.

Məlumatı APA-ya Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi Sadiq Gözəlov verib.

Onun sözlərinə görə, daxili işlər naziri Ramil Usubov qanunsuz valyuta mübadiləsinin qarşısını almaq üçün əlavə tədbirlərə dair xüsusi göstəriş imzalayıb.

Artıq göstərişin tələblərinə uyğun olaraq, polis xarici valyutanın qanunsuz mübadiləsinin həyata keçirilməsinə qarşı tədbirlərə başlayıb və bu işlə məşğul olan 3 nəfər saxlanılıb. Eyni zamanda, vətəndaşların nəzərinə çatdırmaq istərdik ki, göstərilən istiqamətdə tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək», - Sadiq Gözəlov deyib.

Əkrəm Həsənov: "Qarabazar Azərbaycana qayıdıb"
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00
Direct-ə keçid

Dünən, dekabrın 27-də Bakıda əksər valyutadəyişmə məntəqələri ya ABŞ dolları satmaqdan imtina edib, ya da ümumiyyətlə işləməyiblər. İşləyən məntəqələrin qarşısında isə növbələr yaranıb.

Artıq paytaxtın bəzi yerlərində dollar üçün «qara bazar» - qeyri-rəsmi valyuta dəyişdirən adamlar peyda olub və onlar 1 ABŞ dollarını 2 manata təklif edirlər.

XS
SM
MD
LG