Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:33

FHN Yeni il şənliyi ilə bağlı müraciət edir


Bakı yeni il
Bakı yeni il


Fövqəladə Hallar Nazirliyi Yeni il bayramında yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

Nazirlik bildirir ki,Yeni il şənliyində bəzədilən küknar yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalıdır.

İşıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməlidir. Ağac tezalışan oyuncaqla bəzədilməməli, qapalı yerlərdə atəşfəşanlıq keçirilməməlidir.

Şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalıdır. Pəncərədə dəmir barmaqlıq olmamalı, otağın qapıları mütləq bayıra açılmalıdır.

Şənlik keçirilən yerlər ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı, işıq tam söndürülməməli, tezalışan materialdan paltar geyinilməməlidir.

Nazirlik təhlükə zamanı 112-yə zəng etməyə çağırır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG