Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Hindistandan Pakistana gözlənilməz jest


Nawaz Sharif və Narendra Modi
Nawaz Sharif və Narendra Modi

-

Hindistanın baş naziri Narendra Modi gözlənilmədən Pakistana səfər edib.

Bu, ötən il seçilən baş nazirin Hindistanın əzəli rəqibi sayılan Pakistana ilk səfəridir. Əvvəldən elan olunmamış görüş nüvə silahına malik iki qonşu ölkə arasında buzların əriməsinə işarə sayıla bilər.

Modi dekabrın 25-də Pakistanın Lahor şəhərinə gələrək bu ölkənin baş naziri Nawaz Sharif ilə görüşüb. Sharif-in iqamətgahında keçirilən görüş iki saat davam edib.

Daha sonra Pakistanın baş naziri hindistanlı həmkarını ötürmək üçün onunla bərabər aeroporta yola düşüb.

Pakistanın xarici işlər naziri Aizaz Ahmad Chaudhry görüşün «isti və pozitiv atmosferdə» keçdiyini bildirib.

Modi dekabrın 25-də Kabilə gedərək Əfqanıstan prezidenti Ashraf Ghani ilə görüşüb və parlamentə müraciət edib.

XS
SM
MD
LG