Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 15:48

Leytenantın özünü vurduğu deyilir


Foto illüstrasiya

-

AzNews.az xəbər verir ki, Müşfiqabad qəsəbəsindəki N saylı hərbi hissənin leytenantı, taqım komandiri Ədalət Qasımov özünü güllələyib. O, dərhal hərbi hospitala çatdırılıb, hərbiçi hazırda komadadır və vəziyyəti ağır qiymətləndirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı faktı nə təsdiq, nə də təkzib edib. O, məsələ ilə bağlı nazirliyə sorğu göndərilməsini məsləhət görüb. Mərkəzi hospitalın adının çəkilməsini istəməyən əməkdaşı isə faktı təsdiqləyib.

XS
SM
MD
LG