Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:13

Obama Miladı Havay adalarında keçirir


Barack Obama
Barack Obama

-

ABŞ prezidenti Barack Obama və Birinci ledi Michelle Obama Havayda yerləşən Kano Bey dəniz piyadaları bazasında hərbi qulluqçularla görüşüblər.

Bu səfər 6 Amerika hərbçisinin Əfqanıstanın böyük aviabazası yaxınlığındakı terror aktında həlak olmasından sonra baş tutur.

«Siz harada, hansı qoşun növündə xidmət edirsiniz edin, biz hər gün gördüyünüz işə görə sizə minnətdarıq», - ABŞ prezidenti söyləyib.

Obama daha sonra bildirib ki, İraq, Əfqanıstan kimi yerlərdə ABŞ hərbçilərinin sayını azaltmağa nail olsalar da, həmin bölgədə yenə də xidmətini yerinə yetirən və təhlükə ilə üzləşən insanlar qalmaqdadır.

Onun sözlərinсə, hər il Havayda yerləşən hərbi bazaya baş çəkmək ABŞ prezidenti ailəsinin sevimli işidir. Obama zarafat da edib, bazadakı trenajor zalında idmanla məşğul olmağı sevdiyini, ancaq hazırlıqlı dəniz piyadaları yanında bunun asan olmadığını söyləyib.

ABŞ prezidentinin ailəsi Milad tətilini Havay adalarında keçirir.

XS
SM
MD
LG