Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 18:43

Hindistanın baş naziri Modi Pakistandadır


Narendra Modi

Hindistanın baş naziri Narendra Modi Pakistanın Loxar şəhərinə gedib.

Bu 2004-cü ildən bu yana Hindistanın baş nazirinin Pakistana ilk səfəridir.

Onu hava limanında Pakistanın baş naziri Navaz Sharif qarşılayıb.

Qeyd edək ki, səfər Navaz Sharivin doğum gününə təsadüf etdiyindən analitiklər buna iki ölkə arasında münasibətlərin yaxşılaşması kimi baxır.

Son aylar iki ölkə arasında münasibətlərin yaxşılaşdığı müşahidə olunur.

Sharifin mətbuat katibi Reutersə deyib ki, liderlər Kəşmir problemi də daxil olmaqla ikitərəfli əlaqələri əhatə edən müxtəlif məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, 1974-cü ildən bu yana Kəşmirə görə Hindistanla Pakistan arasında 3 dəfə müharibə olub.

Hər iki ölkə nüvə dövlətidir.

Modi bundan əvvəl, elə həmin gün Əfqanıstanda olub, prezident Ashar Ghani ilə görüşüb.

XS
SM
MD
LG