Keçid linkləri

2026, 13 İyul, bazar ertəsi, Bakı vaxtı 23:50

Ukrayna vergi islahatlarını təsdiqlədi

Ali Rada
Ali Rada

-

Ukrayna parlamenti 2016-cı il büdcəsini təsdiqləyib. Bir sıra islahatları təsdiqləməklə, parlament Beynəlxalq Valyuta Fondunun (BVF) əsas tələbini yerinə yetirmiş oldu və qurum Kiyevə kreditlər ayırmaqda davam edəcək.

Deputatlar bir sıra vergi islahatlarını, vergi artımlarını təsdiqləyib, işəgötürənlərin vergisi azaldılıb, şəxsi gəlirə vergi, tütün, yanacaq, alkoqola aksiz vergisi artırılıb.

Bu islahatlar çox mübahisəli idi. Deputatların çoxu bildirirdi ki, çətinliklə yaşayan ukraynalılar üçün vergini qaldırmaqla ədalətsizlik edirlər.

BVF isə büdcənin təsdiqlənməsini vacib addım sayırdı.

This item is part of
XS
SM
MD
LG