Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:46

Röya dollar-manat haqda danışır...


Röya
Röya

-

Müğənni Röya Ayxan Qafqazinfo-ya verdiyi müsahibəsində manatın dollara nisbətdə dəyərdən düşməsinin ona da təsir etdiyini deyib: «Bu il vəziyyət çətinləşib. Bunu deməyə haqqım var, çünki seçilən insanlardan biriyəm. Heç kim fikirləşməsin ki, təkdir. Hamının əziyyəti var. Sadəcə, bu, böyük sınaqdır. Bu sınağın nə olduğunu sizə başa salım. Bir ailədə 5 nəfər varsa, onların hamısı işləməlidir. Bir ailədə bir adam yox, bundan sonra bütün dünyadakı kimi 5 adamın 5-i də işləməlidir. Bizdə necədir?

Manat niyə ucuzlaşdı - bütün videolar burda

Utanıram da deməyə, təkcə mən işləyirəm və hamıya mən baxıram. Kimisə əsgərliyə aparanda, ərə gedəndə cehiz üçün məni yığırlar. Hamıya uğur və səbir arzulayıram. Əslində məsələ ciddidir. Hamımız itirmişik. Adi mağazaya girib nəsə alanda görürsən ki, xeyli itirirsən. Yenə də deyirəm. Bu, bizdən asılı bir şey deyil. Dünyada baş verən prosesdir. Hələ ki, çapalayırıq. Allaha qurban olum ki, bu ölkəyə hər şey verib. Nə su basır, nə zəlzələ olur. Hər şey yaxşı olacaq».

Yol tikintisi
Yol tikintisi

«AZƏRİNŞAATSERVİS»DƏ 130 MİLYONLUQ MAXİNASİYA

«Azadlıq» qəzeti eyni adlı məqalədə «Xaçmaz layihəsi» adı altında pulların necə mənimsənildiyini araşdırıb:

«Gəndob-Xaçmaz-Yalama-Rusiya avtomobil yolunun sement-betonla örtülməsi məqsədilə Maliyyə Nazirliyindən «Azərinşaatservis» MMC-yə verilməsi üçün «Azəryolservis» ASC-yə 253 milyon manat köçürülüb.

Lakin həmin məbləğdən bu günə qədər «Azərinşaatservis» MMC-nin hesabına yalnız 170 milyon 166 min 655 manat (ƏDV ilə birgə) köçürülüb. Qalan 83 milyona yaxın vəsait isə «Azərinşaatservis» MMC-nin hesabına daxil olmayıb».

Afiq Səfərov
Afiq Səfərov

AZERSUN: «XALQIN HALINA YANAN VARSA, O DA BİZİK»

Azərbaycanda qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən «Azersun Holding» MMC-nin məhsullarında da kəskin bahalaşma hiss olunur. «Bahalaşma şəkər, qənd kimi məhsullarda o qədər də hiss edilməsə də, kərə və bitki yağları, çay, şirniyyat kimi qida, quşçuluq məhsullarında, xüsusilə yumurtada, kimyəvi və yuyucu toz məhsullarında özünü aşkar büruzə verir», - modern.az yazır.

«Azersun»un İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov sayta bahalaşmanı təsdiq edib:

«Xalqın halına yanan tərəf varsa, o da bizik. Biz başqaları kimi asan qazanc əldə etmək yolunu tutmamışıq. Məhsulu xaricdən hazır gətirib bazara çıxarmırıq. Biz Azərbaycan torpaqlarında əkib-becərməklə, müəssisələr quraraq vətəndaşları işlə təmin etmək yolunu tutmuşuq…

Biz 250 milyon dollara yaxın sərmayə qoyub zavodlar tikmişik, müəssisələrimizdə 12 minə yaxın insan işlə təmin olunub. Həm də nəzərə alın ki, buna baxmayaraq biz xamalın 80-90 faizə yaxınını xaricdən alırıq. Çünki, ölkədə xammal ehtiyatı formalaşmayıb. Buna görə də xammalı xaricdən valyuta ilə alırıq».

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube kanalından izləyin:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG