Keçid linkləri

2017, 27 Fevral, Bazar ertəsi, Bakı vaxtı 03:55

Ərəb Liqasından Türkiyəyə tələb


Türkiyənin İraqla sərhədi, arxiv fotosu

Türkiyənin İraqla sərhədi, arxiv fotosu

-

Dekabrın 24-də Ərəb Liqası İraqa dəstək bildirərək türk əsgərlərinin ölkənin şimalından çıxarılmasına çağırıb.

Qahirədə keçirilən görüşdən sonra ərəb ölkələrinin xarici işlər nazirləri türk hərbçilərinin İraqın şimalına yerləşdirilməsini “ölkənin suverenliyinə hücum” və “ərəb milli təhlükəsizliyinə hədə” adlandırıb.

Ərəb Liqası rəhbərinin müavini Ahmed Ben Heli deyib ki, türk hərbçilər “regionda narahatlığı artırıb”.

Türkiyə dekabrın 20-də elan edib ki, Bağdadla gərginliyin azaldılması məqsədilə hərbçilərini geri çəkməyə başlayıb.

Ankara hərbçilərin yerli qüvvələrə təlim keçmək məqsədilə yerləşdirildiyini deyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG