Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 20:55

-

Gürcüstanın hakim Gürcü Arzusu koalisiyası xarici işlər naziri Giorgi Kvirikashvili-nin namizədliyini baş nazir postuna irəli sürüb.

48 yaşlı Kvirikashvili dekabrın 25-də rəsmən koalisiyanın baş nazirliyə namizədi elan olunacaq O, həmin vəzifədə Irakli Garibashvili-ni əvəzləyəcək.

Garibashvili dekabrın 23-də istefa verib və hələlik baş nazir vəzifəsini icra edir.

Kvirikashvili-ni posta parlament təsdiqləməlidir. Garibashvili-nin də onun namizədliyinə razılaşdığı bildirilir.

Kvirikashvili 4 potensial namizəd arasından seçilib. O, bu ilin sentyabrından bəri xarici işlər naziridir. Daha öncə iqtisadiyyat naziri olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG