Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 16:52

Suriya Cenevrə danışıqlarına qatılır


Walid al-Muallem Çində

-

Suriya Cenevrədə sülh danışıqlarına qoşulmağa hazırdır. Bunu ölkənin xarici işlər naziri Çinə rəsmi səfəri zamanı deyib.

“Suriya heç bir xarici müdaxilə olmadan Cenevrədə Suriya-Suriya dialoqunda iştiraka hazırdır”, Walid Muallem çinli həmkarı Wang Yi ilə mətbuat konfransında bildirib.

Dekabrın 18-də BMT-nin Təhlükəsizlik Şurası Suriya sülh prosesi üzrə beynəlxalq yol xəritəsinə dair qətnaməni yekdilliklə qəbul edib.

Suriyada prezident Bashar al-Assad qüvvələri ilə üsyançıların münaqişəsində 250 mindən çox insan həlak olub, milyonlarla köçkün var.

Cenevrə sülh danışıqları yanvarın sonunda keçirilməlidir.

XS
SM
MD
LG