Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:40

Neftsiz Azərbaycanı təsəvvür edək...


►Büdcənin pulu nəyə çatar?

Dövlət Neft Fondunun köçürmələri olmasa, dövlət büdcəsinin gəlirləri cari xərcləri qarşılaya bilməz. İqtisadi Təşəbbüslərə Yardim İctimai Birliyinin gələn ilin büdcəsinə dair rəyindən bu nəticə çıxır.

Rəyçilərdən biri - iqtisadçı ekspert Azər Mehtiyev deyir ki, Neft Fondundan köçürmələr nəzərə alınmasa, gələn il dövlət büdcəsinin gəlirləri 8 milyard 566 milyon manat proqnozlaşdırılır:

“Bu da 2016-cı ilə nəzərdə tutulan cari xərclərin (10 milyard 188 milyon 300 min manat) 84,1 faizi qədərdir. Dövlət büdcəsinin cari xərcləri ilə yanaşı, dövlət borcuna xidmət xərcləri də gözə alınarsa (cəmi 11 milyard 438 milyon manat), onda Neft Fondunun transferi nəzərə alınmadan gələnilki dövlət büdcəsi gəlirlərinin bu xərclərdən 25,1 faiz az olacağı proqnozlaşdırılır”.

Buna da bax: Milli Məclisdə ABŞ-ı hədələyən qanun layihəsi- MƏTN

“Bu o deməkdir ki...”

Azər Mehtiyev
Azər Mehtiyev

Ekspert daha sonra şərhini davam etdirir:

“Bu o deməkdir ki: Neft Fondundan büdcəyə köçürülən vəsaitin əhəmiyyətli hissəsi büdcənin cari və dövlət borcuna xidmət xərclərinin ödənməsinə yönəldiləcək”.

Azər Mehtiyev xatırladır ki, büdə gəlirlərində neft sektorundan birbaşa daxilolmaların xüsusi çəkisi 2011-ci ildə 74,4%, 2012-ci və 2013-cü illərdə 73,2%, 2014-cü ildə 66,1% olub: “Bu göstərici səviyyəsinin 2015-ci ildə 65,3%, gələn ilin büdcə proqnozunda isə 53,5% olması nəzərdə tutulur. Dövlət büdcəsinə birbaşa neft sektoru gəlirləri hesabına 2011-ci ildə 11,68 milyard, 2012-ci ildə 12,64 milyard, 2013-cü ildə 14,27 milyard, 2014-cü ildə 12,16 milyard manat daxil olmuşdusa, 2016-cı ildə bu məbləğin 7,79 milyard manat olacağı gözlənilir”.

Neftin büdcədəki payı niyə azalır?

Ekspert neft sektorundan birbaşa daxilolmaların büdcə gəlirlərində həm mütləq məbləğ, həm də pay baxımından azalma səbəblərini belə açıqlayır:

“Bu, dünya bazarında neftin qiymətinin kəskin düşməsi və ölkədə neft hasilatı həcminin ildən-ilə azalması üzündən neft gəlirlərində baş verən ciddi azalmadan qaynaqlanır”.

2016-cı ildə ölkədə 40,7 milyon ton neft hasilatı gözlənilir. Bu, hasilatın ən çox olduğu 2010-cu ildən 10,1 milyon ton azdır.

"Banka $100 min borcum var, evimiz yıxıldı"
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

XS
SM
MD
LG