Keçid linkləri

2026, 31 May, bazar, Bakı vaxtı 15:50

İtkin düşən neftçilərə görə sığorta veriləcək

Yanğın
Yanğın

-

«Günəşli» yatağındakı 10 nömrəli özüldə baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) «PAŞA Həyat Sığorta» ASC-yə ümumilikdə 57 müraciət daxil olub.

Bu barədə AZƏRTAC-a «PAŞA Həyat Sığorta» şirkətinin mətbuat xidmətinin rəhbəri Elnur Hüseynquluyev bildirib.

«Hazırda şirkət müraciətlər üzrə sığorta ödənişlərinin verilməsi üçün həlak olan və xəsarət alanlarla bağlı müvafiq dövlət qurumlarından lazımi sənədləri toplayır», - deyə E.Hüseynquluyev vurğulayıb.

Bu il dekabrın 4-də «Günəşli» yatağında qəza baş verib, 7 nəfər ölüb, 23 nəfər itkin düşüb.

This item is part of
XS
SM
MD
LG