-
Türkmənistan prezidenti deyir ki, yeni qaz kəməri avropalı tərəfdaşlarla əməkdaşlığı gücləndirəcək.
Gurbanguly Berdymukhammedov dekabrın 23-də Xəzər dənizi sahilindəki Belek şəhərində açılış mərasimində danışıb.
Şərq-Qərb kəməri Türkmənistanın qaz yataqlarını Xəzər sahillərinə birləşdirir.
2.5 milyard dollarlıq layihənin bir gün Trans-Xəzər kəmərinə birləşdiriləcəyi gözlənilir.
Trans-Xəzər hələlik kağız üzərində qalmaqdadır. Ancaq Berdymukhamedov onu da deyib ki, Türkmənistanın qərb sahilindəki qaz Trans-Xəzərə də yeni nəfəs verəcək.