Keçid linkləri

2026, 11 İyun, cümə axşamı, Bakı vaxtı 05:47

Təbrizdə protokol imzalandı

Qatar
Qatar

-

İranın Təbriz şəhərində «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov, İran Dəmir Yolunun baş direktoru Mohsen Pour Seyed Aqayee, «Gürcüstan Dəmir Yolları» SC-nin baş direktoru Mamuka Bakhtadze arasında üçtərəfli görüş keçirilib.

Bu haqda «Azərbaycan Dəmir Yolları»nın Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov «Report»a məlumat verib.

Görüşdə tranzit yüklərin Qara dəniz hövzəsindən götürülərək Gürcüstan və Azərbaycan üzərindən Fars körfəzinə çatdırılması perspektivləri müzakirə olunub.

İclasın yekununda dəmiryolların rəhbərləri üçtərəfli əməkdaşlığı təsdiq edən protokolu imzalayıblar.

This item is part of
XS
SM
MD
LG