Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:33

Rasim Əliyevin döyülməsinin görüntüsü


Rasim Əliyevin məzarı
Rasim Əliyevin məzarı

-

İnternetdə mərhum jurnalist Rasim Əliyevin bu ilin avqustunda bir qrup şəxs tərəfindən döyülməsinin görüntüsü yayılıb.

Görüntünü AnnTV.az saytı yayıb.

Qeyd edək ki, Rasim Əliyevin ölümünə görə, “Qəbələ” klubunun futbolçusu və kapitanı Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.

Cavid Hüseyinov əsasən ağır cinayətin hazırlanmasını bilmək və bu barədə xəbər verməməkdə ittiham olunur.

Faktla bağlı istintaq artıq yekunlaşıb və bundan sonra iş materialları ilə tanış olma mərhələsi başlanıb.

Vəkil Əshabəli Mustafayev deyir ki, qanunvericiliyə görə, iş materialları ilə öncə təqsirləndirilən şəxslər və onların vəkilləri tanış olmalıdırlar. Sonra isə növbə onlara çatmalıdır.

Vəkil hesab edir ki, cinayət işi məhkəməyə yanvarın sonunda göndərilə bilər.

Qeyd edək ki, Rasim Əliyev bu il avqustun 8-də Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyülüb və bir gün sonra xəstəxanada aldığı xəsarətlərdən keçinib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG