Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

«Azərbaycan xalçası ensiklopediyası» çapdan çıxıb


Azərbaycan xalçası ensiklopediyası
Azərbaycan xalçası ensiklopediyası

-

Azərbaycan Xalça Muzeyində «Azərbaycan xalçası ensiklopediyası»nın birinci cildinin təqdimatı olub.

Ensiklopediya Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi və Yaponiyanın «Japan Tabocco International» şirkətinin birgə layihəsi əsasında nəşr edilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, nəşrin müəllifiRöya Tağıyevadır.

Yeni nəşrdə Azərbaycan xalçası təkcə milli-mədəni ənənənin deyil, həm də ümumdünya irsinin ayrılmaz hissəsi kimi təqdim olunur.

Ensiklopediyada xalçaçılıq sənətinin yaranması və inkişafı, xovlu və xovsuz xalçaların, xalça məmulatlarının növ müxtəlifliyi, onların hazırlanması texnologiyası, naxış və rəmzlərin mənşəyi ilə yanaşı, tarixi əhəmiyyət daşıyan xalçalar haqqındada məlumatlar toplanıb.

Nəşrdə xalçaların əlvanlığı, özünəməxsus kompozisiyası, Azərbaycan xalçaçılıq məktəbləri haqqında məlumat və şərhlər də yer alıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG