Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 22:18

Təyyarə qəzasında 10 nəfər ölüb


Hindistan, arxiv fotosu

-

Hindistanın paytaxtı Nyu Dehlinin kənarında təyyarə divara çırpılıb, 10 nəfər həlak olub.

Sərhəd Təhlükəsizlik Xidmətinə məxsus təyyarə şərqi Rançi şəhərinə gedirmiş. Havaya qalxandan az sonra qəza baş verib.

Təyyarədə olanların çoxu texniklər idi.

Qəzanın səbəbi hələlik bəlli deyil.

XS
SM
MD
LG