Keçid linkləri

2024, 22 Aprel, Bazar ertəsi, Bakı vaxtı 10:31

Macarıstanda “Şuşa” var


Hungury - calendar published by Azerbaijani embassy
Hungury - calendar published by Azerbaijani embassy

-

Macarıstanda “Şuşa” tematik təqvimi nəşr edilib. Bu ölkədəki Azərbaycan səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, həmin təqvim Azərbaycan gerçəklərinin, özəlliklə işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı həqiqətlərin macar ictimaiyyətinə, eləcə də Macarıstanda fəaliyyət göstərən beynəlxalq qurumlara çatdırmaq üçündür.

Təqvimdə Şuşanın erməni işğalından əvvəlki və işğalsonrası dövrünü əks etdirən fotoşəkillərdən istifadə olunub. Beləcə, tarixə, mədəniyyətə, insanlığa qarşı işlənmiş cinayətin miqyası və amansızlığı haqqında təsəvvür yaradılır.

Nəşrin ideya müəllifi və buraxılışına məsul olan səfir Vilayət Quliyev şəhərin Azərbaycan tarixindəki yeri və erməni işğalı nəticəsində məruz qaldığı ağır itkilər barəsində qısa məlumatı da təqvimə daxil edib.

“Şuşa” təqvimi Budapeştdə akkreditə olunan diplomatik korpus, beynəlxalq təşkilatlar, dövlət idarə və müəssisələri, ali məktəblər, mətbuat nümayəndəlikləri arasında yayılıb.

Nəşrin bir hissəsi 2013-cü ildə Şuşa ilə qardaşlaşmış macar şəhəri Döndöşə göndərilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG