Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

Almanca "Dədə Qorqud" 200-ü haqladı


►Yaranışından 1300 ildən çox vaxt keçən bu möhtəşəm eposun dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur.

Sabah-dekabrın 22-də saat 15.30-da Dövlət Akademik Milli Dram Teatrında “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu il “Kitabi-Dədə Qorqud” abidəsinin alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur.

Bu müddətdə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı çox sayda araşdırmalar aparılıb və qorqudşünaslığın ayrıca sahə kimi formalaşdırılması istiqamətində mühüm addımlar atılıb.

2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESKO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilməsi abidənin tədqiqi tarixində yeni mərhələnin başlanğıcı olub.

“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti 2015-ci il 20 fevral tarixli Sərəncam imzalayıb.

XS
SM
MD
LG