Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 07:25
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Dollarla kredit götürənlərə kömək vəd edilir

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

MTN generalı Elçin Quliyev həbs olundu

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin keçmiş rəisi, general-mayor Elçin Quliyev həbs edilib.

Bu barədə APA-ya Səbail rayon Məhkəməsindən məlumat verilib.MTN ətrafında baş verən hadisələrdən sonra MTN-in Antiterror Mərkəzinin rəisi general-mayor Elçin Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.

Dollarla krediti olanlara yardım vəd edilir

Mərkəzi Bankda dekabrın 25-də toplantı keçirilib.

Kommersiya banklarından birindən APA-ya verilən məlumata görə, Mərkəzi Bankı iclasda baş direktor Rəşad Orucov təmsil edib.

Görüşdə manatın devalvasiyaya uğramasından sonra bankların problemli aktivlərinin kəskin artması və bank sektorundakı konsolidasiya prosesi müzakirə olunub.

Banklara dollarla krediti olan müştərilərə müvafiq yardımlar göstərmək tövsiyə olunub və Mərkəzi Bankın vəziyyətdən çıxmaqda banklara yardım edəcəyi bildirilib.

Banklar dollar kreditlərinə yenidən baxır

Azərbaycan bankları dollarda olan kreditlərin restrukturizasiyası (ödəniş müddətinin dəyişdirilməsi) prosesinə başlayır. Məqsəd manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar kredit ödənişinin gecikdirilməsi hallarının artmasının qarşısını almaqdır. Bunu “Qafqazinfo” bildirir : bir sıra banklar artıq gələn həftədən tədbirlər planının reallaşdırılmasına başlayacaqlar.

Xatırladılır ki, Mərkəzi Bank kommersiya banklarının rəhbərləri ilə dünənki görüşdə onları müştəriləri dəstəkləməyə, onlarla davranış üzrə düzgün metodlar seçməyə çağırıb.

Məlumata görə, öz portfelində dollarda olan kreditlərin restrukturizasiyası haqqında qərar qəbul edən banklardan biri də "Amrahbank"dır. Bank artıq öz müştərilərinə istehlak kreditləri üzrə şərtlərə yenidən baxılması ilə bağlı təkliflə müraciət edir. O cümlədən, bank müştərilərinə istehlak kreditləri üzrə faiz dərəcələrini 29-dan 17 faizədək azaltmağı, həmçinin kredit ödənişi müddətinin artırılmasını təklif edir. Hər bir müştəriyə borcların qalığından asılı olaraq fərdi yanaşlılır.

Kreditlərin restrukturizasiyasına hazırlaşan banklar arasında PAŞA Bank, DəmirBank, Bank VTB (Azərbaycan) və digərlərinin adı çəkilir.

XS
SM
MD
LG