Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 21:59
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Dollarla kredit götürənlərə kömək vəd edilir

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

“Yeni Müsavat” əməkdaşlarını ixtisar edəcək, “Azadlıq” qiymətini qaldıracaq

Manatın ucuzlaşması ölkə qəzetlərinə nə vəd edir?

“Yanvardan qəzeti 50 qəpiyə qaldırmalıydıq, yəni 10 qəpik qoyacaqdıq, dollar bahalaşdı, indi qalmışıq belə”.

İki gün qabaq manatın 50 faizlik devalvasiyasından sonra çar-naçar çıxış yolu axtaran “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov deyir ki, qəzetin çap variantının saxlanması artıq sual altına düşüb.

Lavrov kürdlərin siyasi lideri ilə görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 23-də Moskvada kürdpərəst Xalq Demokrat Partiyası-nın sədri Səlahəddin Demirtaşla görüşüb. Türkiyə ilə münasibətlər haqda Lavrov qeyd edib ki, İndiki Türkiyə hakimiyyətinin hərəkətinə baxmayaraq Rusiya və Türkiyə xalqı arasında dostluq münasibətləri davam edir.

Müğənnilərdən kimin nə qədər vergi borcu var?

“Ən çox vergi borcu olan “Şeron” qrupudur, o 13 min manat ödəməlidir”. Vergilər Nazirliyindən AzadlıqRadiosuna verilən məlumatda belə deyilir.

Siyahıya 13 min manatlıq borcu ilə “Şeron” qrupu başçılıq edir. İkinci yerdə Ayaz Qasımov gəlir, onun vergi borcu 8 min manatdır.

Sıralama bu cür davam edir:Zamiq Hüseynov 4700, Rəqsanə İsmayılova 4350, Xəyyam Nisanov 4270, Emil Bədəlov 3600, Rüfət Axundov 1600 manat vergi ödəmlidirlər.

İstanbulda hava limanında partlayışda 1 nəfər ölüb

İstanbul şəhərindəki Sabiha Gökçen Hava Limanında baş verən partlayış nəticəsində iki nəfər xəsarət alan xadimələrdən biri ölüb. APA-nın yerli mətbuata istinadən xəbərinə görə, başından xəsarət alan 30 yaşlı qadın xəstəxanada keçinib.

Partlayışın səbəbi tam dəqiqləşdirilməsə də, artıq hadisənin qəsdən törədildiyinə dair dəlillər aşkarlanıb. İlkin ehtimala görə, hava limanına kənardan müdaxilə edilib. Aeroportda bir-birindən yüz metrlərlə uzaqda olan 3 təyyarədə partlayışın izlərinə rast gəlinib. Bu da hadisənin terror olduğu şübhəsini artırır.

Türkiyə mətbuatının xəbərinə görə, bu gün yerli vaxtla saat 02.05-də “Pegasus” şirkətinə məxsus təyyarədə partlayış olub. Partlayışın səbəbi hələlik məlum deyil. Şirkətin yaydığı məlumatda hadisə zamanı təyyarədə insan olmadığı qeyd edilib.

Davamı

XS
SM
MD
LG