Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:35

ABŞ-da ərəb dili məşhurlaşır


Ərəb əlifbası
Ərəb əlifbası

-

Ərəbcə danışan amerikalıların sayı ingilis, ispan, Çin, taqaloq dillərində danışanlardan az olsa da, bu dildə danışanların sayı sürətlə artır. Ərəb dilini uşaq bağçalarından universitetlərə qədər, gözdən uzaq qəsəbələrdən böyük şəhərlərə qədər hər yerdə öyrənirlər.

Ostindəki Texas Universitetinin ərəb dili professoru, Livan əsilli amerikalı olan Mahmoud al-Batal Al - Jazeeraya deyib ki, bəzi insanlar ərəb dilini peşəkar səbəblərdən, məsələn, hökumətdə işə girə bilmək üçün öyrəirlərsə, digərləri sadəcə olaraq başqa mədəniyyətlərə açıq olduqlarına görə öyrənirlər.

Müasir Dillər Assosiasiyasının verdiyi məlumata görə, universitetlərdə ərəb dili dərsi öyrənən tələbələrin sayı 2013-cü ildə 2002-ci ilə nisbətən üç dəfədən çox artaraq 32 min nəfərə çatıb. Təhlilçilər bunu dilin 11 sentyabr hadisələrindən sonra diqqət mərkəzində olması ilə əlaqələndirirlər.

Universitetlərdə Ərəb dili dərsləri götürənlərin sayı 2011-ci ildə ABŞ qoşunları İraqdan çıxandan sonra bir qədər azalıb. Ərəb Baharının ardınca yaranmış xaos səbəbindən amerikalı tələbələr daha Suriya və Misir kimi ölkələrə tədris səfərlərinə gedə bilmirlər.

İndi ərəb dilinə həvəs məktəb yaşlı insanlar arasında artmaqdadır. 11 sentyabrdan sonra hökumətin maliyyəsi hesabına öyrədilmiş müəllimlər indi yavaş-yavaş orta məktəb siniflərinə “sızırlar”.

"Bruklində mədrəsə..."

2007-ci ildə Nyu Yorkun Bruklin hissəsində Khalil Gibran adına beynəlxalq Akademiya açılanda darvazanın önündə etiraz edən insanlar “Bruklində mədrəsə” deyə qışqırırdılar. Elə o vaxtdan da məktəb kifayət qədər müəllim və ərəb mənşəli amerikalı şagirdləri cəlb etməkdə çətinlik çəkir.

Mart ayında Nyu York ştatının şimalında bir məktəbdə ənənəvi ABŞ-a Sədaqət Andı ərəbcə səsləndiyinə görə məktəbə şikayət daxil olmuşdu. Avqust ayında isə Texasın Hyuston şəhərində yerli ərəb dili təmayüllü məktəbin açılmasına etiraz edərək ərəb dili, İslam və 11 sentyabr hücumlarına qarşı şüarlar səsləndirmişdilər.

Beynəlxalq Qatar Fondunun sözçüsü Sara al-Hemaidi deyir ki, qurumun məqsədlərindən biri ərəb dili və mədəniyyətinin tədrisinin normallaşdırılması və yayılması, stereotiplərin və yanlış təbliğatın aradan qaldırılmasıdır.

Beynəlxalq Qatar Fondunun məktəb proqramlarına rəhbərlik edən Carine Allaf xatırladıb ki, ərəb dili ABŞ Dövlət Departamentinin mühüm dillər siyahısına daxildir və biznes, mühəndislik, inkişaf və diplomatiya kimi sahələrdə işləmək üçün faydalıdır.

Ekspert Mouna Mananın sözlərinə görə, ərəb dilinin hazırkı populyarlığı qısamüddətli ola bilər. Belə ki, Soyuq müharibə zamanı çox sayda tələbə rus, 1980-ci ilin iqtisadi çiçəklənmə dövründə isə yapon dili kurslarına yazılırdı. Ərəb dilinin də geostrateji dəyəri düşdükcə dili öyrənmək istəyənlərin sayı azala bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG