Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:55

Valyutadəyişmə məntəqələri təlaşa düşüb


Valyutadəyişmə məntəqəsi.
Valyutadəyişmə məntəqəsi.

-

Şənbə günü (19 dekabr) Bakıda valyutadəyişmə məntəqələri valyuta satışın ı məhdudlaşdırıblar. «Bizdə dollar yoxdur», - deyə valyutadəyişmə məntəqəsi sahiblərindən biri bildirib.

Səhər saatlarından mübadilə məntəqələrinin siyahısında dolların manata nisbətdə məzənnəsi 0.01 artım göstərərək, satış 1 dollar = 1.07 manat, alış 1 dollar = 1.06 manat olub.

Mübadilə məntəqələri neftin bir barrelinin 37 dollara qədər ucuzlaşmasından sonra manatın növbəti devalvasiyası haqqında güclənən şayiələrlə əlaqədar təlaşa düşüb.

Bu ilin fevralında manatın ilk dəfə 35% devalvasiyasından sonra Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov neft qiymətlərinin 40 dollardan aşağı düşəcəyi təqdirdə növbəti devalvasiyanın ola biləcəyini bildirmişdi.

ABŞ Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini artırması vəziyyəti daha da qızışdırıb. Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsinin artırılmasının ABŞ dollarının və manatın məzənnəsinə təsiri haqqında heç bir bəyanat vermədiyini açıqlamaq məcburiyyətində qalıb. «Manatın dollara nisbətdə məzənnəsi stabil olaraq qalır», - deyə AMB bildirib. Lakin bu neytral bəyanat Mərkəzi Bankın dekabrın 18-də dərc etdiyi Azərbaycanın ödəmə balansı üzrə hesabatı ilə tanış olan cəmiyyətdə daha çox şübhə doğurub. Hesabata görə, oktyabrın 1-nə cari əməliyyatlar hesabının profisiti 240.5 mln. dollar səviyyəsində olub. Bu, ötən ilin yanvar-sentyabr aylarında olduğundan (9 mlrd. 65.4 mln. dollar) 37.7 dəfə azdır. /Turan/

XS
SM
MD
LG