Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

Günəş enerjisinə də qulp qoydular


Günəş enerjisi stansiyası
Günəş enerjisi stansiyası

-

ABŞ-da Şimali Karolina ştatının Vudlend şəhərinin əhalisi günəş panellərinə, yumşaq desək, hələ 100 faiz etibar etmirlər. Bu şəhərdə günəşdən gələn enerjini elektrik enerjisinə çevirmək üçün panellərdən ibarət günəş fermaları fəaliyyət göstərir.

«The Roanoke-Chowan News-Herald» xəbər verir ki, Vudlend şəhər şurası «Strata» şirkətinin günəş fermasının yenidən qurulmasıyla bağlı təklifini rədd edib. Layihədə günəş fermasının daha da böyüdülməsi üçün şəhərin zonalaşdırılması haqda təkliflər də verilib. Ancaq həmin toplantıda günəş enerjisi texnologiyasının inkişafına moratorium qoyulub.

Bu şura əvvəllər digər üç günəş fermasının xeyrinə qərar çıxarmışdı. Onların işləri hələ yekunlaşmamışdı. Amma gedişatdan şübhələnən sakinlər sonuncu təqdimata qırmızı işıq yandırdılar.

Təqaüddə olan müəllim Jane Mann deyir ki, o, panellərin fəaliyyəti nəticəsində bitkilərin təbii yolla böyüməsi üçün vacib olan fotosintez prosesinin əngəllənməsindən narahatdır. Xanım Mann-ın iddiasına görə, günəş panellərinin yaxınlığındakı bitkilər kifayət qədər günəş enerjisi ala bilmədikləri üçün qəhvəyi rəngə çalır və ölüvay olurlar.

İndi də «Strata» Günəş Şirkətinin yerli sakinlərin şübhələrini dağıtmaq üçün söylədiklərinə baxaq.

Şirkətin nümayəndələrindən biri Brent Niemann inandırır ki, panellər yalnız birbaşa onun üzərinə düşən günəş enerjisindən yararlanır, oradan-burdan yığmır. «Panellər əlavə günəş şüası cəlb etmir», - o deyir və əlavə edir: «Bu, sınaqdan çıxmış və doğru texnologiyadır».

Dekabrın 12-də Parisdə başa çatmış iqlim sammitində altı cızılan vacib fikir odur ki, dünya son dövrlərdə üzünü mədən yanacağı enerjisindən bərpa oluna bilən enerji qaynaqlarına döndərir. Ancaq görünən odur ki, Vudlend sakinlərini hələ bu fikrə inandırmaq lazım gələcək.

XS
SM
MD
LG