Avropa Birliyinin rəsmiləri Rusiyaya qarşı iqtisadi sanksiyaların daha 6 ay uzadılmasında razılığa gəliblər.
Bu sanksiyalar ötən ilin martında Rusiyanın Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişəyə görə tətbiq edilib.
Gələn il iyulun 31-dək uzadılacaq sanksiyalar Rusiyanın maliyyə, neft və hərbi sahələri, o cümlədən Ukrayna münaqişəsində əli olan konkret şəxslərə aiddir.
Qeyd edək ki, sanksiyaların müddəti gələn il yanvarın 31-də sona yetir.