Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Nadir Əbdürrəhmanovun sərgisi açılacaq


Sərgi.
Sərgi.

-

Dekabrın 18-də saat 17.00-da Azərbaycan Milli İncəsənət Muzeyində təsviri sənətin görkəmli nümayəndəsi Nadir Əbdürrəhmanovun anadan olmasının 90 illiyinə həsr edilmiş yaradıcılıq sərgisinin açılış mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə təşkil olunan sərgidə rəssamın 50-dək tablosu –«Sevimli naxışlar», «Professor Mirqasımovun portreti», «Bakı bayram günlərində», «Sakit səma», «Dağlı qadın», «Fedonqan çayında səhər», «Dostluq körpüsü», «İnsanlar və dağlar», «Xalq musiqiçiləri» və s. yer alıb.

Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçın rayonunda doğulub.

Ailə 1933-cü ildə atanın işi ilə bağlı Bakıya köçüb.

Bakıda əczaçı çalışan ata oğlunu da həkim görmək istəyib.

Amma Nadir Tibb İnstitutunu yarımçıq buraxıb uşaqlıqdan onu cəzb edən rəssamlığı seçib .

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.

Sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəsti-xətti, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə önəm verməsi rəssamın özünəməxsus üslubunu formalaşdırıb.

Nadir Əbdürrəhmanov zəngin yaradıcılıq fəaliyyəti ilə yanaşı, uzun illər ölkədə gənc rəssamlar nəslinin yetişməsində də əmək sərf edib.

Tanınmış rəssam 2008-ci ildə82 yaşında dünyadan köçüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG