Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Polisin atası beynəlxalq axtarışa verilib


Polis
Polis

-

Azərbaycan hüquq-mühafizə orqanları dələduzluqda təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 67 yaşlı Niftəli Fətəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir.

N.Fətəliyev Quba rayon sakinidir. Onun oğlu, Şahverdi Fətəliyev isə hazırda Quba rayon Polis Şöbəsində sahə rəisi vəzifəsində çalışır. Ş.Fətəliyev polis kapitanıdır.

Ş.Fətəliyev APA-nın sorğusuna cavabında atasının axtarışa verilməsindən məlumatsız olduğunu bildirib: «Atam hazırda Rusiyadadır. Səhhəti ilə əlaqədar müalicəyə gedib. Onun axtarışa verilməsi ilə bağlı məlumatımız yoxdur».

XS
SM
MD
LG