Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 20:30

Rusiya prezidenti Vladimir Putin bildirib ki, indiki Türkiyə hökuməti ilə hər hansı bir iş görmək faktiki mümkün deyil.

O ötən ay Türkiyənin Rusiyanın hərbi təyyarəsini vurmasını düşmənçi hərəkət adlandırıb.

Putin bunu dekabrın 17-də keçirdiyi illik mətbuat konfransında deyib.

O qeyd edib ki, Türkiyə xalqı və türkdilli xalqlar Rusiyanın dostu və tərəfdaşı olaraq olaraq qalır , amma Türkiyə hökuməti bizə arxadan zərbə vurdu, hətta biz onlarla razılaşma imzalayanda.

Putin qeyd edib ki, o indiki Türkiyə hökuməti ilə münasibətlərin yaxşılaşmasının heç bir yolunu görmür.

Rusiya prezidenti həmçinin Türkiyəni “İslam Dövləti” qrupunu gizlətməkdə günahlandırıb.

O deyib ki, islamçı yaraqlılara Türkiyədə tibbi yardım göstərilir və onlar müdafiə edilir.

XS
SM
MD
LG