Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:15

Cahangir Hacıyevə "yox" deyildi


Cahangir Hacıyev

Dekabrın 17-də Nərimanov rayon Məhkəməsi Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevlə bağlı keçirilən prosesdə vəkilin vəsatətlərini rədd edib.

Bu barədə AzadlıqRadiosuna məlumat verən C.Haclyevin vəkili Aqil Layıcovun sözlərinə görə, o, məhkəmətə 3 vəsatət təqdim edib: “Cahangir Hacıyevin vəkillə yazışmasının konfidensiallığının qorunması, onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanması və ona evdən gətirilən sovqatın göturulməməsi ilə bağlı vəsatətlərimiz vardı. Amma məhkəmə onların heç birini qəbul etmədi”.

Vəkilin sözlərinə görə, proses qapalı keçirilib, Cahangir Hacıyev məhkəmədə iştirak etsə də, yaxınları prosesə buraxılmayıb.

Aqil Layıcov Nərimanov rayon məhkəməsinin qərarından apellyasiya verəcəyini deyir.

XS
SM
MD
LG