Keçid linkləri

2026, 21 May, cümə axşamı, Bakı vaxtı 02:21

Cəbhədə Azərbaycan əsgəri həlak olub

Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Dekabrın 16-da «N» saylı hərbi hissənin əsgəri ölüb.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan mövqelərinə minaatanlardan atəş açması nəticəsində hərbi qulluqçu Rəşad Cəfərzadə həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi əsgərin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Nazirlik Rəşad Cəfərzadənin hansı hərbi komissarlıqdan hərbi xidmətə çağırıldığını açıqlamayıb.

Nazirlik onu da bildirir ki, Ermənistan mediasının iki Azərbaycan snayperinin öldürülməsi barədə yaydığı məlumatların və videogörüntülərin heç bir əsası yoxdur və həqiqətə uyğun deyil.

This item is part of
XS
SM
MD
LG