Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Zakir Həsənov İstanbula gedib


Zakir Həsənov
Zakir Həsənov

-

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin dekabrın 17-də keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün İstanbula yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, üçtərəfli formatda keçiriləcək növbəti görüşdə müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlığın gedişi nəzərdən keçiriləcək. Həmçinin regional təhlükəsizlik məsələləri, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü Rusiya təyyarəsinin Türkiyə-Suriya sərhədində vurulmasından sonra Moskva-Ankara münasibətlərinin gərginləşdiyi vaxta təsadüf edir.

XS
SM
MD
LG