Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Aprel, bazar, Bakı vaxtı 02:40

Azərbaycan xəbərləri

"Qəbələ" uduzdu,"Qarabağ" xal itirdi

Foto arxiv

Dekabrın 16-da Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları keçirilib.

“Zirə” öz meydanında “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib.

"Zirə" bu qələbə ilə 29 xalla turnir cədvəlində ikinci pilləyə qalxıb.

“Qarabağ” isə öz meydanında “Sumqayıt”la heç-heçə- 2:2 oynayıb.

Hazırda turnir cədvəinə 37 xalla “Qarabağ” başçılıq edir.

“Zirə” 29 xalla 2-ci, “İnter” və “Qəbələ” isə hərəyə 27 xalla sonrakı yerləri bölüşürlər.

Bütün xəbərləri izləyin

Azərbaycan-Ermənistan sərhəddində görüş

Azərbaycan-Ermənistan sərhəddi, Azərbaycan hərbçiləri, 3 fevral 2021

Məlumatda tərəflər arasında görüşdən sonra vəziyyətin xeyli yaxşılaşdığı bildirilir

Azərbaycan-Ermənistan sərhəddinin Laçın rayonu istiqamətində (Syunik rayonunun Tex-Kornidzor hissəsi) iki ölkənin nümayəndələri arasında görüş keçirildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosunun erməni xidməti Azadtutyun Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, görüşdə sərhədlə bağlı işlər aparılıb, "nəticədə vəziyyət xeyli yaxşılaşıb."

"Milli Təhlükəsizlik Xidməti hazırda işlərin davam etdiyini və nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini qeyd edib."-məlumatda bildirilir.

Belə bir görüşün keçirilməsi ilə bağlı Azərbaycan tərəfi hələki hər hansı məlumat yaymayıb.

Radio Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bir müddət əvvəl yaydığı iddianı xatırladır.

Qeyd olunur ki, Xidmət həmin açıqlamasında bildirib ki, iki ölkə arasındakı beş sərhəd nöqtəsilə bağlı razılaçmadan sonra Azərbaycan tərəfi 100-300 metr Ermənistan ərazisinə doğru irəlləyib və möhkəmlənib.

Bakı isə Yerevanın Azərbaycan ordusunun Ermanistan ərazisinə girməsi ilə bağlı iddiaları dəfələrlə təkzib edib.

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Laçın rayonu qismən) nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma 5-kilometrlik bu dəhliz Laçın şəhərinə və bu rayonun Zabux, Sus kəndlərinə düşdüyündən onlara Azərbaycan nəzarət etmirdi.

Bununla belə, Azərbaycan, üçtərəfli sazişə əsasən, Laçın şəhərindən yan keçən əvvəlki dəhlizə alternativ yol çəkib. Bu yol da Ermənistanla Azərbaycanın Xankəndi şəhərini birləşdirir. Yolun Ermənistan tərəfinə düşən hissəsində isə inşa işlərinin davam etdiyi açıqlanırdı.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bakı fransalı məmurun Yerevandakı addımlarına etiraz edir

XİN-nin binası

Azərbaycan Xarici işlər nazirliyi Fransanın Overn-Rona-Alplar bölgəsinin regional şurası sədrinin Ermənstanda verdiyi açıqlamasına etirazını bildirib.

Nazirliyin sözçüsü Ayxan Hacızadə mətbuata açıqlamasında deyib ki, fransalı nümayəndənin "qondarma separatçı rejimin “nümayəndəsi” ilə qeyd edilən görüş"... "Azərbaycanın suverenliyi və ərazı bütövlüyünə qarşı fəaliyyət kimi qiymətləndirilir."

Tex sakini:"Azərbaycan hərbçiləri kəndin ərazisinə giriblər"
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Mətbuat katibinə görə, "Fransanın rəsmi qurumları bu kimi təhrikçi və təxribatçı fəaliyyətlərə son qoymalıdır."

Ermənistanda səfərdə olan Fransanın Overn-Rona-Alplar bölgəsinin regional şurasının sədri Loran Vokye Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” ilə görüşüb.

Yerevanda keçirilən görüşdə Fransa rəsmisi təmsil etdiyi regionun dəstəyi və bayrağı altında və həm də Fransanın erməni icmasının təşkilatları ilə birgə humanitar yardım konvoyunun Laçın yolundan keçirəcəyini bildirib.

Azadtutyun xəbər verir ki, martın 31-də fransalı məmuru Ermənistanın baş naziri Nikol Paşinyan da qəbul edib. Qeyd olunur ki, tərəflər Sönik bölgəsindəki proqram çərçivəsində əməkdaşlığa toxunublər.

Sünikdə olan Loran Vokye deyib ki, o özünün bu səfəri ilə dünyaya göstərmək istəyir ki, Fransa ona dost ölkə olan Ermənistanın yanındadır.

2022-ci il avqustun 26-da Azərbaycan Laçın şəhərini nəzarətə götürmüşdü. Həmin məsələ barədə Prezident İlham Əliyev Twitter səhifəsində paylaşım etmişdi: "...Azərbaycan ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü".

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Laçın rayonu qismən) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma 5-kilometrlik bu dəhliz Laçın şəhərinə və bu rayonun Zabux, Sus kəndlərinə düşdüyündən onlara Azərbaycan nəzarət etmirdi.

Bununla belə, Azərbaycan, üçtərəfli sazişə əsasən, Laçın şəhərindən yan keçən əvvəlki dəhlizə alternativ yol çəkib. Bu yol da Ermənistanla Azərbaycanın Xankəndi şəhərini birləşdirir. Yolun Ermənistan tərəfinə düşən hissəsində isə inşa işlərinin davam etdiyi açıqlanırdı.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

İki cəbhəçi və bir reportyor həbs edilib [Video]

Zamin Salayevə dəstək aksiyası

Martın 30-da AXCP üzvü Zamin Salayevə azadlıq tələbi ilə keçirilən etiraz aksiyası zamanı saxlanılan iki nəfərin inzibati qaydada həbs olunduğu bildirilir.

AXCP-dən verilən məlumata görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə partiya üzvləri Səhlədar İsgəndərli 25, Ceyhun Novruzov isə 30 sutka müddətinə həbs olunub. Onlar İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli sayılıblar.

Habelə bildirilir ki, həmin aksiyanı işıqlandıran TimeTV-nin əməkdaşı Nurlan Cəfəri də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati qaydada həbs olunub.

Cəfəri özü dünən, martın 30-da sosial şəbəkələrdə paylaşım edərək bildirib ki, polis ona fiziki güc tətbiq edib və nəticədə onun mobil telefonu sınıb. O, polisdən həmin telefonun təmir xərcini ödəməyi tələb edib. Reportyorun həmkarlarının verdiyi məlumata görə, bu paylaşımdan sonra Cəfərini mülki geyimli şəxslər saxlayıb və daha sonra məhkəməyə aparılıb.

DİN deyir ki…

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı isə "Turan"a bildirib ki, aksiyada polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olduğu, jurnalist etikasından kənar hərəkətlər etdiyi üçün Nurlan Cəfəri ərazidən uzaqlaşdırılıb: "Qeyd olunan ərazidə aparılan digər çəkilişlərdə Cəfərinin polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaqla kobudluq etməsi və onları vurmağa cəhd göstərməsi müşahidə edilib. O, bu əməllərə görə polis orqanına dəvət olunmaqla etdiyi hərəkətlər sübutlarla ona əyani göstərilib….".

Aksiyada saxlananlardan ikisinin hələ buraxılmadığı deyilir

Dünən, martın 30-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayevə azadlıq tələbi ilə Bakıda Ədliyyə Nazirliyinin binası qarşısında keçirilən aksiyada saxlanan fəallardan hələ də iksinin sərbəst buraxılmadığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna martın 31-də AXCP-dən məlumat veriblər. Onlar AXCP Səbail şöbəsinin sədri Ceyhun Novruzov və Sabunçu Rayon Gənclər Komitəsinin sədri Səhlədar İsgəndərlidir. AXCP hesab edir ki, onlar hakim önünə çıxarıla bilərlər.

Partiyadan bildiriblər ki, aksiyada digər saxlananlar elə martın 30-da axşam saatlarında sərbəst buraxılıblar. Onlardan Bəbək Həsənli, Kənan İbrahimli, Hüseyn İbrahimovCavid Zülfüqarlının inzibati qaydada 50 manat cərimə olunduğu vurğulanır. Bu barədə "Müdafiə Xətti" hüquq -müdafiə təşkilatının üzvü Zəfər Əhmədov bildirib.

Saxlananlardan bəzilərinə hadisə yerində fiziki güc tətbiq edildiyi də deyilir. Amma bu məlumatlara, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Bakıda siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirildi
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Zamin Salayevin azadlığı tələb edilib

Həbsdə 51 gündür aclıq aksiyası keçirdiyi deyilən AXCP üzvü Zamin Salayevə azadlıq tələbi ilə bir qrup fəal martın 30-da Bakıda Ədliyyə Nazirliyinin binası ilə üzbəüz ərazidə etiraza cəhd ediblər.

Aksiya iştirakçıları Salayevin qanunsuz həbs olunduğunu bildirirlər. Onlar "Zamin Salayevə azadlıq!", "Siyasi məhbuslara azadlıq!", "Azadlıq!" şüarları səsləndiriblər.

Polis əməkdaşları aksiyaçılara nazirliyin binasına yaxınlaşmağa imkan verməyib və onları saxlamağa başlayıb. AXCP-dən verilən məlumata görə, saxlanılanların sayı 50-yə yaxındır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev isə "Turan"a bildirib ki, saxlanılanlarla bağlı məlumat yoxdur, aksiya iştirakçılarının ərazidən uzaqlaşdırılması təmin olunub.

Vəkil: 'Zamin Salayev çətinliklə yeriyir'

Həbsdə olan AXCP üzvü Zamin (Əlizamin) Salayevin çəkisinin 126 kiloqramdan 89 kiloqrama düşdüyü bildirilir.

Bu barədə AzadlıqRadiosuna martın 28-də Bakı İstintaq Təcridxanasında Salayevlə görüşən vəkil Nemət Kərimli danışıb. Onun sözlərinə görə, 49 gündür aclıq aksiyası keçirdiyini bildirən Salayevin qan təzyiqi də 70/50 ətrafındadır: "Zamin Salayev çətinliklə yeriyir, işçilərin köməyi ilə görüşə gətirildi. Deməsinə görə, üç-dörd gün əvvəl gecə yarısı qan təzyiqi kəskin düşüb, yalnız həkim müdaxiləsindən sonra özünə gəlib. Ona aclığı dayandırmaq üçün müraciət edən hər kəsə səmimi təşəkkürünü bildirdi, lakin aksiyanı davam etdirməkdə israrlıdır".

Vəkilin deməsinə görə, fəal həkim nəzarətindən narazıdır.

Vəkilin açıqlamasına, hələlik, Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Ötən ay, fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) maddəsi ilə cinayət işi açılıb. Bu ittihamla ona 5 ilədək həbs cəzası verilə bilər.

Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir. O, ittihamı qəbul etməyərək şərləndiyini açıqlayıb və həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bəyan edib.

Xatırlatma

AXCP Salyan rayon şöbəsinin sədri Zamin Salayev bundan əvvəl də bir neçə dəfə həbs olunub. Bunların əksəriyyəti polisə müqavimət ittihamı ilə inzibati həbs olsa da, 2020-ci ilin aprelində Salyan Rayon Məhkəməsində onun haqqında 2 il 3 aylıq azadlıqdan məhrumetmə hökmü çıxarılıb. O, həmin vaxt Salyan Rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovun iddiası əsasında, Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə məhkum edilib. Salayev həmin həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşı ilə mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Əzizovu rayonda yaşayan bir qadına qarşı təcavüzə görə ittiham edirdi. Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. Ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etmişdi. Videoda haqqında bəhs olunan xanım isə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, polisin zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətəuyğun olmadığını söyləyib.

Salayev 2022-ci il yanvarın 19-da Amnistiya Aktı ilə əlaqədar azadlığa çıxmışdı.

31 mart hadisələrindən 105 il keçir

50 min rubl tarix bağışladı
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

105 il əvvəl, 1918-ci il martın 30-dan aprelin 2-nə kimi (ən çox da martın 31-də) daşnak-bolşevik hərbi birləşmələrinin Bakıda minlərlə insanı qətlə yetirdiyi bildirilir.

Azərbaycan tarixçilərinin yazmasına görə, həmin vaxt Bakıda memarlıq abidəsi "İsmailiyyə" binası yandırılıb.

Yerli əhaliyə qarşı hücumların Şamaxı, Quba və daha bir sıra bölgələrdə də davam etdiyi yazılır.

Həmin vaxt Bakı Sovetinin rəhbəri olan Stepan Şaumyan isə bu hadisələri bolşeviklərlə Müsavat başda olmaqla millətçi qüvvələr arasındakı vətəndaş müharibəsi kimi təqdim etmişdi.

Bu hadisələrdən iki ay sonra yaradılan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) də ona xüsusi diqqət yetirib. AXC Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin araşdırılması məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradıb.

Xalq Cümhuriyyəti (cəmi iki il mövcud olub) 1919 və 1920-ci illərdə martın 31-ni ümummilli matəm günü kimi qeyd edib. (kütləvi qətllərin daha çox həmin gün törədildiyi deyilir)

AXC Rusiyanın işğalı nəticəsində ləğv edildikdən sonra Azərbaycanda sovet hakimiyyəti illərində (1920-1991) bu tarix qeyd olunmayıb.

Azərbaycan yenidən müstəqillik əldə etdikdən (1991) bir qədər sonra, 1998-ci ildə bu hadisə ilə bağlı dövlət başçısı fərman verib. Həmin fərmanda 1918-ci il martın 31-də baş verən hadisələr soyqırımı kimi dəyərləndirilir.

'Azərsu' ləğv olunur...

"Azərsu"nun 7 milyard zərəri və bu yay da susuz qalan Bakı sakinləri
Gözlə

No media source currently available

0:00 0:04:40 0:00

Martın 30-da Prezident İlham Əliyev "Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərman imzalayıb.

Fərmana əsasən, idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyasını yaxşılaşdırmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. "Azərsu" və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-lər əmlakları ilə birlikdə yeni agentliyin tabeliyinə verilib.

Agentliyin əsasnaməsi və strukturu təsdiq olunanadək "Azərsu" və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" fəaliyyətlərini davam etdirəcək.

Keçmiş və yeni sədr

Amma yeni Agentliyin rəhbəri ləğvi gözlənən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri olur.

Prezident İlham Əliyevin martın 30-da imzaladığı sərəncamı ilə Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Zaur Mikayılov 2021-ci il aprelin 5-də Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri təyin edilmişdi.

O, daha əvvəl BRAVO-nun məxsus olduğu "Azərbaycan Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) rəhbərlik edib.

Zaur Mikayılov "PAŞA Construction" tikinti şirkətində yüksək vəzifə də tutub və "Port Baku Towers"in baş direktoru olub. 2001-2009-cu illər ərzində isə "Bakcell" MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb.

Zaur Mikayılov Bosfor Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib.

Netanyahu Ceyhun Bayramovu qəbul edib

Martın 29-da  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri Binyamin Netanyahu ilə görüşüb

Martın 29-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri Binyamin Netanyahu ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Həmin məlumata görə, baş nazir İsrailin Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

XİN bildirir ki, Ceyhun Bayramov Azərbaycanın İsrail Dövlətində Səfirliyinin təsis edilməsinin münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun nümunəsi olduğunu vurğulayıb.

Açıqlamaya görə, görüş zamanı Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, münasibətlərin inkişafı perspektivləri, təhlükəsizlik, iqtisadi əlaqələr və digər sahələrdə əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub

Azərbaycan xarici işlər naziri martın 28-də İsrailə gedib. O, martın 29-da həmçinin, İsraildən olan həmkarı Eli Koenlə görüşmüşdü.

Martın 29-də Azərbaycanın İsraildəki səfirliyi fəaliyyətə başlayıb

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən bir il sonra İsrail Bakıda öz səfirliyini açmışdı. Azərbaycanın isə İsraildə səfirliyi yox idi.

Yaşı 10 ildən çox olan avtomobillər ölkəyə buraxılmayacaq

Maşın bazarı açıldı: 'Mayasından ucuz veririk, satılmır'
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb.

Bununla bağlı martın 29-da Baş nazir Əli Əsədov qərar verib.

Qərar avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması, ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə izah edilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

'Sovet maşınları'ndan niyə yaxa qurtarmaq olmur?
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

Eli Koen: Azərbaycan İsrailin strateji tərəfdaşıdır

İsrail və Azərbaycan XİN rəhbərlərinin mətbuat konfransı

"Azərbaycan İsrailin strateji tərəfdaşıdır. Səfirliyin açılması iki ölkə arasında strateji münasibətləri əks etdirir".

AZƏRTAC-ın xəbərinə görə, bunu martın 28-də Yerusəlim şəhərində İsrailin Xarici İşlər naziri Eli Koen Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O vurğulayıb ki, Azərbaycan səfirliyinin açılması iki ölkə əlaqələrinin 30 illik tarixi ərzində mühüm əhəmiyyət kəsb edir: "Biz regional təhlükəsizlik, enerji, turizm və digər sahələrdə əməkdaşlıq edirik. Azərbaycanda müsəlman dünyasında ən böyük yəhudi icmalarından biri mövcuddur".

Bayramov, öz növbəsində, deyib ki, İsraildə Azərbaycan səfirliyinin açılması ölkələr arasında münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir.

O, eyni zamanda, Azərbaycanda yəhudi icmasının, İsraildə Azərbaycan diasporunun ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadıqlarını söyləyib.

Bu gün, martın 29-də Azərbaycanın İsraildə səfirliyi fəaliyyətə başlayır.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən bir il sonra İsrail Bakıda öz səfirliyini açmışdı. Azərbaycanın isə İsraildə səfirliyi yox idi.

Mərkəzi Bank uçot dərəcəsini növbəti dəfə artırdı

Mərkəzi Bank

Martın 29-da Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.75 faizə, faiz dəhlizinin aşağı həddi 7, yuxarı həddi isə 9.75 faizə qaldırılıb. Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Məlumatda bildirilir ki, qərar daxili, xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib: "İnflyasiyanın daxili və xarici mühitində müşahidə olunan risklərə reaksiya olaraq Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini davam etdirir".

Vurğulanıb ki, pul siyasətinə dair növbəti qərarlar inflyasiyanın dinamikası, proqnozun hədəfdən yayınma səviyyəsi və risklərin qalıcılığından asılı olaraq veriləcək.

Qərar 30 mart 2023-cü il tarixindən qüvvəyə minir. Pul siyasəti ilə bağlı növbəti qərar 2023-cü il mayın 3-də açıqlanacaq.

Vüqar Səfərlinin əmlaklarının müsadirəsi ilə bağlı qərar ləğv edilib

Vüqar Səfərli

Martın 28-də Azərbaycan Ali Məhkəməsi ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə həbsdə olan digər şəxslərlə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxıb.

Müdafiə tərəfindən “Turan” Agentliyinə verilən məlumata görə, məhkəmə Vüqar Səfərli və digər müttəhimlərin əmlakının müsadirə edilməsi barədə qərarı ləğv edib.

Üstəlik, Ali Məhkəmənin işi əmlaklarla bağlı hissəyə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytardığı bildirilir.

Bununla belə, Ali Məhkəmənin Apellyasiya Məhkəməsinin ittihamın mahiyyəti üzrə qərarını qüvvədə saxladığı deyilir.

Hələlik, müdafiə tərəfinin açıqlamasını Ali Məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.

Azərbaycanda bundan əvvəl də mənimsəmə və başqa ittihamlarla həbs edilib, müxtəlif əmlakları müsadirə edilən keçmiş vəzifəli şəxslərdən bir çoxuna sonradan əmlakları geri qaytarılıb.

Xatırlatma

Vüqar Səfərli, onunla birgə ittiham olunan şəxslər mənimsəmə və başqa ittihamlarla üzləşiblər.İş jurnalistlər üçün tikilən binalarda mənimsəmə iddialarından bəhs edib.

2021-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, digərləri isə müxtəlif müddətlərə həbsə məhkum ediliblər.

Onlar məhkəmədən bəraət almalarını istəyirdilər.

Bayden Əliyevi və Azərbaycanı Novruz münasibətilə təbrik edib

Azərbaycan və ABŞ prezidentləri İlham Əliyev və Co Bayden (Arxiv fotosu)

ABŞ prezidenti Co Bayden prezident İlham Əliyevi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Prezident Baydenin bu münasibətlə göndərdiyi məktubda vurğulanır ki, “ötən il ərzində Azərbaycanla Birləşmiş Ştatlar enerji təhlükəsizliyini inkişaf etdirmək və iki xalqın üzləşdiyi transmilli çətinliklərin aradan qaldırılması üçün bir araya gəliblər”:

“Bu il, baharı və yeni başlanğıcı bayram etdiyimiz bir vaxtda mən xalqlarımız arasında dostluğun dərinləşməsini arzu edirəm. Bu yenilənmə, düşüncə fəslində Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında davamlı sülhə sadiqliyini bir daha təsdiqləyirəm. Bu, bütün Cənubi Qafqaz boyunca gələcək nəsillərə təhlükəsizlik və firavanlıq gətirəcək ”.

Növruz bayramı martın 20-i, 21-də Azərbaycanda və dünyanın bir çox yerlərində qeyd edilib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

COVID pasportu tələbi ləğv edildi

Saxta COVID pasportu nə ilə nəticələnə bilər?
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

Nazirlər Kabineti "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə" qərar verib.

Qərara görə, sabah, martın 28-dən Azərbaycana təyyarə ilə gələnlərdən COVID-19 pasportu tələb olunmayacaq.

İri ticarət mərkəzləri, mehmanxana və şadlıq saraylarına girişdə də COVID-19 pasportu tələbi ləğv edilib.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda 2020-ci ilin martından karantin rejimi tətbiq edilir. O vaxtdan indiyə kimi yoluxma sayından asılı olaraq bəzən rejim sərtləşdirilsə də, sonra yumşaldılıb.

Amma bir çox yumşalma tədbirlərinə baxmayaraq, hələ də ölkənin quru sərhədində gediş-gəliş məhdudiyyətləri qalmaqdadır. Yoluxma sayında isə aylardır kəskin azalma var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada bu virusdan indiyə qədər 6.9 milyona yaxın şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə martın 27-nə kimi 830 minə yaxın şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 166 nəfərin vəfat etdiyi bildirilir.

Şarl Mişel Əliyev və Paşinyanla danışıb, tərəflər bir-birini ittiham ediblər

İlham Əliyev (sol), Çarlz Mişel və Nikol Paşinyan, Brüssel, 31 avqust 2022

Martın 25-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb.

Bu barədə Şarl Mişel tvitter səhifəsində məlumat paylaşıb.

Avropa İttifaqı Şurasının Prezidenti telefon danışığı zamanı bölgədəki son vəziyyətin müzakirə olunduğunu bildirib. Həmçinin əlavə edib ki, Avropa İttifaqı ölkələrinin normallaşma prosesini və regionda sülh və sabitliyi inkişaf etdirməsinə kömək etməyə hazır olduğunu vurğulayıb.

Telefon danışığı ilə bağlı Azərbaycan prezidenti mətbuat xidmətinin günün sonunda yaydığı məlumatda qeyd olunur ki, Şarl Mişel Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib.

Məlumatda bildirilir ki, İlham Əliyev Laçın-Xankəndi yolunun bağlı olması ilə bağlı Ermənistanın irəli sürdüyü iddiaların doğru olmadığını deyib və dekabrın 12-dən indiyə qədər Laçın yolundan Rusiya sülhməramlılarına və Qırmızı Xaça məxsus 5 minə yaxın nəqliyyat vasitəsi keçdiyini bildirib.

Məlumatda vurğulanır ki, İlham Əliyev Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirib.

Qeyd olunur ki, danışıq zamanı prezident həmçinin martın 5-i və 20-də Ermənistanın və Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni erməni hərbi birləşmələrinin törətdikləri təxribatlar zamanı Azərbaycanın bir hərbçinin yaralandığını, 2 hərbçinin də həlak olduunu deyib.

"Azərbaycan Prezidenti vurğulayıb ki, bütün bunlar Ermənistanın apardığı təhlükəli siyasətin nəticəsidir."-Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Azadtutyn-un Ermənistan baş nazirinin informasiya aparatına istinadla yazır ki, telefon danışığı zamanı Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması prosesi, sülh müqaviləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

"Paşinyan son vaxtlar Azərbaycanın sabitlik və sülh səylərinə mane olan aqressiv ritorikasından və təxribat xarakterli hərəkətlərindən narahat olduğunu bildirib." xəbərdə deyilir.

2021-ci ilin dekabrından Azərbaycan və Ermənistan arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının vasitəçiliyi ilə aparılıb. Lakin ötən ilin sonlarından bu proses dayanıb.

Azərbaycan rəsmiləri buna səbəb kimi Ermənistanın bu danışıqlarda Fransa prezidentinin iştirakını istəməsini göstərib.

Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən son görüşdə Fransa prezidenti Emmanuel Makron da iştirak etmişdi.

Azərbaycan rəsmiləri hesab edirdilər ki, Fransa bu məsələdə bitərəf yox, Ermənistanın mövqeyindən çıxış edir. Hərçənd Fransa rəsmiləri də hesab edirlər ki, onlar iki ölkə arasında sülhün bərqərar olmasında maraqlıdırlar.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azərbaycan Qarabağda qanunsuz yolun çəkildiyini deyir [Video]

Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi (AMN) martın 24-də bildirib ki, Qarabağ iqtisadi rayonunda "qanunsuz" yol çəkilməsi həyata keçirilir.

Nazirliyin açıqlamasına görə, "…Döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsi ilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib".

Nazirlik vurğulayıb ki, "qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi Yerevanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Bu məlumata, hələlik, Ermənistan Müdafiə Nazirliyi və başqa maraqlı tərəflərin münasibəti bəlli deyil.

Azərbaycan bundan əvvəl bir neçə dəfə bəyan edib ki, Ermənistan Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Qarabağa torpaq yolla (Xankəndi-Xəlfəli-Turşsu) hərbi daşımalar həyata keçirir. Ermənistanın Müdafiə Nazirliyi belə məlumatları "dezinformasiya" adlandırıb.

Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna toplaşıb özlərini ekofəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər. Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirlər. Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və humanitar böhran yaratmaqda ittiham edir.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azərbaycanda Ramazan ayı başlayıb

Ramazan barabançıları - Türkiyədə gecə həyatının bir başqa üzü
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

Bu gün, martın 23-də Azərbaycanda Ramazan (hicri təqvimi) ayının başladığı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.

Təqvimə əsasən, Şəvval ayının 1-i (21 aprel) Fitr (Ramazan) bayramıdır.

Orucun mühüm əməllərindən biri sayılan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. QMİ Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının imkansızlara verilməsi məsləhətdir.

Xatırlatma

İslam dininə görə, "Qurani-Kərim" Ramazan ayında nazil olduğundan həmin ay müqəddəs sayılır. Bu dinə görə, həmin ayda oruc tutmaq vacib bilinir. Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla, bütün müsəlmanlara tövsiyə edilib. Bu ayda bəzi müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar. Oruc tutan insanlar iftara qədər (axşama qədər) yemək və su qəbul etmirlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq da, İslam qaydalarına görə, düzgün sayılmır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da günah sayılır.

Ermənistan bir hərbçisinin həlak olduğunu bildirir

Ermənistan-Azərbaycan sərhədi

Ermənistan bir hərbçisinin həlak olduğunu, Azərbaycan isə bunda əli olmadığını deyir.

Ermənistan Müdafiə Nazirliyi martın 22-də hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb.

Nazirliyin məlumatına görə, Yerasx rayonu istiqamətində Azərbaycan tərəfinin açdığı atəşdən Arşak Sarqsyan adlı hərbçi həlak olub.

Azərbaycanın Müdafiə Nazirliyi bu məlumatı təkzib edib. Azərbaycan tərəfdən vurğulandığına görə, "Ermənistan Müdafiə Nazirliyi bu kimi dezinformasiyaları yaymaqla son dövrlərdə ordusunda artan intizamsızlıq nəticəsində baş verən özünəqəsd və digər neqativ halları ört-basdır etmək məqsədini güdür".

Son həftələr həm Qarabağda, həm də iki ölkənin sərhədində atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Martın 5-də Qarabağda atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən ümumilikdə 5 nəfərin həlak olduğu açıqlanmışdı.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılır. Tərəflər arasında, hələlik, sülh müqaviləsi bağlanmayıb.

DSX: '…Bir hərbçi yaralanıb'

DSX

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) bildirir ki, martın 20-də saat 02:50-də Ermənistan Silahlı Qüvvələri Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutub. Vurğulandığına görə, kiçik çavuş Ramin Manafov qarşı tərəfdən açılmış atəş nəticəsində yaralanıb: "Hərbi qulluqçu ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilərək əməliyyat olunmuş, həyatı təhlükəsi yoxdur. Hazırda əməliyyat şəraiti sabitdir…".

Bu açıqlamaya, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Son həftələr həm Qarabağda, həm də iki ölkənin sərhədində atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Bu ayın əvvəli, martın 5-də isə Qarabağda atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən beş nəfərin həlak olduğu açıqlanmışdı.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. 1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılır. Tərəflər arasında, hələlik, sülh müqaviləsi bağlanmayıb.

Orta məktəb məzunları və valideynlər aksiya keçirib

DİM qarşısında etiraz

Martın 17-də Azərbaycanda orta məktəblərin 11-ci siniflərinin bəzi məzunları və onların valideynləri Bakıda Dövlət İmtahan Mərkəzinin (DİM) qarşısında etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları bildirib ki, martın 5-də və 12-də keçirilən buraxılış imtahanlarının sualları qeyri-dəqiq və çətin olub: "Biz belə sualları heç gözləmirdik. Necə olur ki, ingilis dili fənninin suallarına yaxşı cavab veririk, amma öz dilimizin suallarına cavab yaza bilmirik? Bu, məqsədli şəkildə edilib. Əgər belə fikirləri var idisə, zəhmət çəkib sentyabr ayında əlavə bir vəsait çap edib verərdilər bizə ki, imtahan bu cür keçiriləcək. Biz də buna əsasən hazırlaşardıq".

"Bizə haqsızlıqdır"

Onların vurğulamasına görə, suallar test toplusuna uyğun olmayıb: "Nəticədə Azərbaycan dili fənni üzrə hamının balları çox aşağıdır. Bu bizə haqsızlıqdır".

Şagirdlərin qarşısına çıxan DİM nümayəndəsi isə bildirib ki, ittihamların əsası yoxdur. DİM əməkdaşının sözlərinə görə, dörd illik statistikaya baxanda görünür ki, eyni səviyyədə imtahanlar olub: "İttihamlar səslənir ki, imtahana proqrama aidiyyəti olmayan mövzuya aid suallar salınıb. Bu, qətiyyən elə deyil. Kurikulum var, tədris proqramları var və bunların hamısı "Abituriyent" jurnalında dərc olunub. Kimsə deyə bilməz ki, hansısa tapşırıq dərslikdə yoxdur".

Azərbaycanda ali məktəblərə qəbul imtahanları ikipilləli keçirilir. Qəbulda həm orta məktəblərin buraxılış, həm də qəbul imtahanlarının balları nəzərə alınır.

Putin Əliyevə zəng vurub

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti martın 17-də səhər məlumat yayıb.

Məlumata görə, "telefon danışığı əsnasında Rusiya, Azərbaycan, Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə edilib".

Bildirildiyinə görə, həmçinin regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bundan əvvəl - martın 13-də isə Ermənistan Baş naziri Nikol Paşinyan ilə Putin arasında telefon danışığı olub. Orada da üç ölkə liderlərinin əvvəlki razılaşmaları müzakirə edilib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər daha sonra da bölgədə iqtisadi inkişafı və nəqliyyat əlaqələrinin bərpasını zəruri sayan daha bir neçə bəyanatlar imzalayıblar. Amma Azərbaycanla Ermənistan arasında, hələlik, sülh sazişi imzalanmayıb.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ağdamda iki nəfərin minaya düşdüyü deyilir

Mina xəritələri qeyri-dəqiqdir? 'Təbiət hadisəsi də ola bilər'
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Ağdam rayonu Yusifcanlı kənd ərazisində iki kənd sakininin mina partlayışı nəticəsində həlak olduqları bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a deyilib ki, 1999-ci il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü Amid Həsənov heyvan otararkən minaya düşüblər.

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 300 civarında şəxs minaya düşüb. Onlardan 48 şəxsin həlak olduğu bildirilir.

Üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan tərəfi tutduğu Ermənistan hərbçilərinin bir qisminin təhvil verilməsi əvəzində azad olunan bir sıra rayonlara aid mina xəritələrinin geri alındığını açıqlamışdı. Sonradan Azərbaycan prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını bildirdi. Buna cavab olaraq Ermənistan baş naziri demişdi ki, "biz əlimizdə olan xəritələri Azərbaycana vermişik".

Xatırlatma

2020-ci il İkinci Qarabağ müharibəsi 44 gün çəkib. Bu müharibə və 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan, Rusiya arasında) əsasən, Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Ağdam rayonu daxil) nəzarəti bərpa edib. 10 noyabr razılaşması ilə döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

İlham Əliyev Türkiyəyə səfər edib, Ərdoğanla görüşüb

Prezident İlham Əliyevin martın 15-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Türk Dövlətləri Təşkilatının sammitlərinin əhəmiyyətindən bəhs edilib, bu toplantının Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması mövzusuna həsr olunmasının önəmi vurğulanıb.

Məlumata görə, görüşdə habelə, iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və regional məsələlər müzakirə olunub.

Rəsmi açıqlamaya görə, həmçinin, söhbət zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

Amma Azərbaycan və Ermənistan arasında, hələlik, sülh müqaviləsi imzalanmayıb.

***

Azərbaycan prezidenti İlham Əliyev martın 15-də Türkiyəyəyə səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, səfərdən məqsəd Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının fövqəladə zirvə görüşündə iştirak etməkdir.

Toplantı martın 16-da Türkiyənin paytaxtı Ankarada keçiriləcək.

Görüş “Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım” mövzusuna həsr olunub.

Bu il fevralın 6-da Türkiyədə 7 baldan güclü iki zəlzələ baş verib. Nəticədə 48 mindən çox şəxsin həlak olduğu bildirilir.

TDT 2009-cu ildə yaradılıb. Azərbaycandan başqa Türkiyə, Qzaxıstan, Qırğızıstan və Özbəkistan bu təşkilatın üzvləridir.

Keçmiş NİDA-çıya 36 min manat təzminat…

Məmməd Əzizov

Martın 16-da Nəsimi Rayon Məhkəməsi NİDA Vətəndaş Hərəkatının keçmiş üzvü Məmməd Əzizova mənəvi zərər əvəzi təzminat ödənilməsinə qərar verib.

Bu barədə vəkil Fariz Namazlı AzadlıqRadiosuna məlumat verib. Onun sözlərinə görə, məhkəmə Əzizova 36 min manat maddi təzminatın ödəməsi ilə bağlı qərar açıqlayıb.

Vəkil əlavə edib ki, 2021-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarından sonra Ali Məhkəmənin Plenumu fəala bəraət vermişdi: "Biz də məhkəməyə müraciət edərək 100 min manat kompensasiya tələb etdik. Məhkəmə 36 min manat kompensasiya təyin edib və biz bu qərarla razı deyilik, apellyasiya şikayəti verəcəyik. Çünki eyni iş üzrə həbs olunmuş digər şəxslərə 66 min manat kompensasiya verilib və biz Nəsimi Rayon Məhkəməsinin qərarını ayrı-seçkilik hesab edirik".

Məmməd Əzizov 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilmişdi. O, narkotik, qanunsuz silah cinayətləri və iğtişaşların təşkilində təqsirli bilinmişdi. Amma 2016-cu ildə o, əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

2021-ci ilin fevralında isə AİHM Əzizov, eləcə də onunla birlikdə mühakimə olunmuş Şahin Novruzluya münasibətdə Avropa Konvensiyasının bəzi müddəalarının pozulduğu qənaətinə gəlmişdi. Üstəlik, qərarla Azərbaycan hökumətinin ərizəçilərə ümumilikdə 43 min 500 avro təzminat ödəməsi vacib sayılmışdı.

Bunun ardınca Azərbaycan Ali Məhkəməsinin Plenumu hər iki gənc fəala münasibətdə bütün daxili məhkəmə qərarlarını ləğv etmiş, onlara bəraət vermişdi.

Xatırlatma

Aralarında Əzizov və Novruzlunun da olduğu NİDA Vətəndaş Hərəkatının bəzi üzvləri 2013-cü ilin əvvəlində həbs edilib. Onlarla bağlı məhkəmə hökmü isə 2014-cü ilin mayında çıxarılıb. Rəsmi olaraq gənclərə kütləvi iğtişaşların təşkili və narkotiklə bağlı ittihamlar irəli sürülmüşdü. Onların barələrində 6 ildən 8 ilə kimi həbs qərarı çıxarıldı. Gənclər məhkəmədə ittihamları rədd edir, həbslərinin ictimai fəaliyyətləri ilə bağlı olduğunu bildirirdilər. Hüquq-müdafiə təşkilatları da onları siyasi məhbus kimi tanıyıblar.

Azərbaycan rəsmiləri isə bir çox hallarda ölkədə siyasi məhbuslar olduğu fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Xarici vətəndaş casusluq ittihamı ilə həbs edilib

DTX

Azərbaycanda xarici ölkə vətəndaşı casusluq ittihamı ilə həbs edilib. Bununla bağlı bu gün, martın 15-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Məlumata görə, xarici ölkə (ölkənin adı çəkilmir) vətəndaşı, 1994-cü il təvəllüdlü Məhəmməd Nəcəf Qaedinin Azərbaycan ərazisində casusluq əməlləri törətməsinə əsaslı şübhələr müəyyən edilib.

"...Azərbaycan hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olmuşdur", - məlumatda iddia edilir.

O, Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs-qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamaya, hələlik, sözügedən şəxsin və ya vəkilinin münasibətini öyrənmək mümkün olmayıb.

Olaf Şolts: Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü təmin olunmalıdır

Kansler Olaf Şolts Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb

Martın 14-də Almaniyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin kansleri Olaf Şolts ilə birgə mətbuat konfransı keçirib.

AZƏRTAC-ın xəbərinə görə, əvvəlcə Almaniya kansleri Olaf Şolts mətbuat üçün bəyanatla çıxış edib.

Onun deməsinə görə, onlar prezident Əliyevlə Rusiyanın Ukraynaya ötən il başlanan hücumu haqqında da fikir mübadiləsi aparıblar:

“Həmçinin bu hücumun, bu müharibənin Azərbaycana və Cənubi Qafqaza təsiri haqqında da fikir mübadiləsi apardıq.”

Kanslerin fikrincə, o, öz mövqeyini açıq şəkildə ifadə edib:

“Bizim fikrimizcə, Rusiyanın təcavüz müharibəsi beynəlxalq hüquqa açıq şəkildə ziddir.”

O, əlavə edib ki, Almaniya Ermənistan-Azərbaycan sərhədində mövcud olan qeyri-sabit duruma görə, bir qədər narahatdır:

“Bizim arzumuz budur ki, bu münaqişə qısa bir zamanda, yerindəcə uzunmüddətli və qəbul olunan həllini tapsın. Burada sülh yolu ilə həll deyəndə təbii onu nəzərdə tuturuq ki, həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyü təmin olunsun. Eyni zamanda, hər iki ölkənin əhalisinin insan hüquqları və azadlıqları qorunmalıdır, beynəlxalq hüquqa uyğun olmalıdır.”

Şolts vurğulayıb ki, Avropa İttifaqının Ermənistanda mülki missiyası mövcuddur:

“Almaniya bu missiyanı dəstəkləyir və bu missiyanın rəhbəri Almaniya tərəfindən təmin edilib.”

İlham Əliyev: “ 5 prinsip…”

Prezident İlham Əliyev deyib ki, Azərbaycan və Ermənistan arasında indi sülhün zamanı çatıb:

“Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”.

Azərbaycan hələ ötən il mart ayının əvvəllərində Ermənistanla danışıqlarla bağlı qarşı tərəfə beş baza prinspi təqdim etdiyini açıqlamışdı.

Onlar dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, sərhədlərin müəyyən edilməsi və nəqliyyat əlaqələrini bərpası ilə bağlı olub.

Ermənistandan deyilənlər…

Ermənistan isə öz növbəsində sülh danışıqları üçün beynəlxalq vasitəçilik istəmişdi.

Ermənistanın baş naziri Nikol Paşinyan bugün, martın 14-də mətbuat konfransında deyib ki, bu il fevralın ortasında sülh sazişinin mümkün layihəsinə növbəti reaksiyalarını Azərbaycana təqdim ediblər:

“2-3 gün öncə Azərbaycandan layihəmizə reaksiya almışıq”, – Paşinyan vurğulayıb.

O, detalları açıqlamayıb.

Onun deməsinə görə, Azərbaycan mümkün sülh sazişi vasitəsilə Ermənistan Respublikasına ərazi iddiaları formalaşdırmağa çalışır.

Son günlər həm Qarabağda, həm də iki ölkənin sərhədində atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Ötən həftə isə Qarabağda atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən itkilər olduğu açıqlanmışdı.

Ötən il sərhəddə tərəflərdən ümumilikdə 300 nəfərin həlak olduğu döyüşlər zamanı Ermənistan Azərbaycanı onun ərazisinə təcavüzdə, Azərbaycan isə qarşı tərəfi təxribatda günahlandırmışdı. Azərbaycan rəsmiləri deyirdilər ki, sərhədin delimitasiyası aparılmadığından iddialar düz deyil.

Azərbaycan və Almaniya prezidentlərti İlham Əliyev və Frank-Valter Ştaynmayer
Azərbaycan və Almaniya prezidentlərti İlham Əliyev və Frank-Valter Ştaynmayer

Azərbaycan və Almaniya prezidentləri görüşüblər

Martın 14-də Almaniyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, onlar həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçiriblər.

Almaniya prezidenti Frank-Valter Ştaynmayer deyib ki, onlar vəziyyəti təhlil ediblər. O, əlavə edib ki, indi Rusiyanın Ukraynaya təcavüzündən bir il keçir:

“Bunun siyasi mühit, iqtisadi vəziyyət üçün nə kimi təsiri var? Bizim Azərbaycanla Ermənistan arasındakı münaqişə barədə danışmaq şansımız oldu. Hər ikimiz bunun uğura gətirib çıxaracağına həqiqətən ümid edirik. Bu, mürəkkəb bir münaqişədir.”

Frank-Valter Ştaynmayer Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin apardığı missiyaya dəstək verdiyini qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev də deyib ki, onlar iki ölkə arasında münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün əllərindən gələni edəcəklər:

“Hesab edirəm ki, razılaşma əldə etmək üçün yaxşı şans var, xüsusən də ötən ilin oktyabrında Soçidəki görüşlərdən sonra Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı bir zamanda. Bu sazişi gec-tez imzalamaq yaxşı fikirdir.”

İlham Əliyev dünən, martın 13-də Almaniyaya gedib.

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılıb.

ABŞ Brussel formatını dəstəkləyir. Amma ötən ilin sonlarında hər iki danışıqlar əsasən dayanıb.

Bununla belə ötən ay Avropa İttifaqı Şurası “sabitliyə töhfə vermək” məqsədi ilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib. Artıq Ermənistanda olan monitorinq missiyası iki il müddətinə müəyyənləşdirilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

İlaxır çərşənbədir

Səməni

Bu gün, martın 14-ü İlaxır çərşənbədir. Buna qədər Su, Od və Yel çərşənbələri keçirilib.

Bir çox insanların inamına görə, Novruz ərəfəsində, sonuncu çərşənbədə torpaq oyanır, nəfəs alır. Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi" və ya "Torpaq çərşənbəsi" adlanır.

İnama görə, bu çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

İlaxır çərşənbəsində qulaq falına çıxmaq, təmtəraqlı bayram süfrəsi hazırlamaq adətdir. Bu çərşənbədə həm də şamlar yandırılar, səməni süfrə bəzəyi olar. Üstəlik, xoş danışarlar ki, qulaq falına çıxan qız-gəlin ancaq xeyir sözlər eşitsin. Küsülülərin barışması da axır çərşənbənin tərkib hissələrindən biri sayılır və ortada kin-küdurətə yer verilmir.

2023-cü il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək.

Davamı

XS
SM
MD
LG