Keçid linkləri

2017, 25 Yanvar, çərşənbə, Bakı vaxtı 05:28

Pentaqonun rəhbəri Ash Carter dekabrın 16-də İraqa gözlənilməz səfər edib.

O İraqdakı ABŞ komandanlığı ilə “İslam Dövləti” qrupuna qarşı əməliyyatların intensivləşdirilməsi yollarını müzakirə edəcək.

O Yaxın Şərqə səfərdən qabaq müttəfiqləri “İslam Dövləti” qrupu ilə mübarizəni gücləndirməyə çağırıracağını bildirmişdi.

Vaşinqton bundan əvvəl İraq ordusunun Ramadi şəhərinə hücumuna dəstək üşün İraqa elit heyət, hərbi müşavirlər və vertolyotlar göndərəcəyini bəyan eləmişdi.

İraq ordusu hazırda “İslam Dövləti” qrupunun nəzarətində olan bu şəhərə hücuma hazırlaşır.

Hazırda İraq və Suriyanın xeyli hissəsi “İslam Dövləti” qrupunun nəzarətindədir.

Parisdə 130 nəfərin ölümü ilə nəticələnən hücumlar da daxil olmaqla Qərb ölkələrində törədilən bir sıra terror aktlarına görə cavabdehliyi bu qrup üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG