Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:35

Ali məktəblərə girən qızların sayı azalıb


Məleykə Abbaszadə
Məleykə Abbaszadə

-

Azərbaycanda son 3-4 ildə ali məktəblərə sənəd verən qızların sayı azalıb.

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə dekabrın 16-da erkən nikahlar mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

M.Abbaszadə deyib ki, bu il ali məktəblərə qəbul üçün 49 min oğlan sənəd verdiyi halda, sənəd verən qızların sayı 43 min olub. Azərbaycanda son 5 ildə qız abituriyentlərin orta statistik nəticələri oğlanların nəticələrindən daha yüksək olub: «İnanıram ki, qızların təhsil alması məsələsi həmişə cəmiyyətin mərkəzində olacaq. Çünki savadlı qız yaxşı övlad böyüdə biləcək».

M.Abbaszadə deyib ki, bu il ölkə üzrə abituriyentlərin 53 faizi qız, 47 faizi oğlandır: «Bu, elə də pis nəticə deyil. Amma bəzi rayonlarda, xüsusilə cənub zonasında oğlan abituriyentlər üstünlük təşkil edir».

M.Abbaszadə bildirib ki, bu il magistraturaya qəbul olunanların 55 faizi qızdır, 44 faizi oğlandır: «Bu il rezidentura səviyyəsinə qəbul olunanların 77 faizi qız, 28 faizi oğlan olub. Bu da cəmiyyətdə belə bir tendensiya formalaşdırıb ki, müəyyən ixtisaslar «qız», müəyyən ixtisaslar «oğlan» ixtisasıdır».

M.Abbaszadə deyib ki, daha yüksək bal toplayan qızların valideynləri ali məktəblərin ödənişli ixtisaslarını seçməyə icazə vermirlər: «Qızlar yüksək balla ödənişsiz ixtisaslara qəbul olunmurlarsa, onda qız abituriyentlər daha çox orta ixtisas təhsili müəssisələrini seçirlər». /Trend/

XS
SM
MD
LG