Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 12:03

Suriya danışıqları baş tutacaq


ohn Kerry (solda) və Vladimir Putin

-

Dekabrın 18-də Nyu Yorkda Suriya böhranına dair planlaşdırılan beynəlxalq görüş baş tutacaq. Bunu Rusiyanın Xarici işlər naziri Sergei Lavrov təsdiqləyib.

ABŞ Dövlət katibi John Kerry dekabrın 15-də Moskvada Rusiya prezidenti Vladimir Putin-lə görüşüb. Görüşdən sonra Lavrov deyib ki, tərəflər Suriyada İslam Dövləti silahlılarına qarşı əməkdaşlığı daha səmərəli və koordinasiyalı etmək üzrə razılığa gəliblər.

Suriya danışıqlarına müxalifət qruplarının dəvət olunmasıyla bağlı da “ortaq məxrəc”ə gəlinib. Kerry deyib ki, danışıqlarda nə İD silahlıları, nə də Al-Qaeda-ya bağlı Al-Nusra Cəbhəsi iştirak etməyəcək.

Tərəflər Suriyada antiterror əməliyyatlarının yeri barədə informasiya mübadiləsi aparılmasını da müzakirə ediblər.

XS
SM
MD
LG