Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 16:07

Azərbaycanda ilin məqşçisi seçildi


Qurban Gurbanov

Azərbaycanda 2015-ci ilin ən yaxşı baş məqşçisi müəyyənləşib.

Bunu komanda.az saytının jurnalistlər arasında keçirdiyi rəy sorğusunun nəticələri göstərir.

Sorğuda 74 mətbuat orqanından 80 jurnalist iştirak edib.

49 jurnalist “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova, 24-ü “Qəbələ”nin məşqçisi Roman Grigorçuka səs verib.

Yığmanın baş məşqçisi Robert Prosinecki 4, "İnter"in məşqçisi Zaur Svanadze isə 3 səs qazanıb. Namizədlər arasında olan "Neftçi"nin keçmiş baş məşqçisi Arif Əsədova isə səs verən olmayıb.

XS
SM
MD
LG