Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:36

SOCAR sponsorluq və xeyriyyəçilik fəaliyyətini azaldır


SOCAR
SOCAR

-

SOCAR xərclərini azaldır. Ard-arda gələn səbəblər - dünya bazarlarında neftin aramsız ucuzlaşması, bir barrel neftin 40 dollardan da aşağı qiymətə satılması onu buna məcbur edir. Şirkət maliyyə dayanıqlığını saxlamaq və xərclərini optimallaşdırmaq üçün həmin addımı atır.

Bu barədə məlumat SOCAR-ın rəsmi internet saytında da yerləşdirilib. Bildirilir ki, qurumun prezidenti belə bir əmr imzalayıb.

Əmrə əsasən, SOCAR bu işləri görəcək:

- sosialyönümlü layihələr, sponsorluq və xeyriyyəçilik fəaliyyəti, maliyyə yardımları məhdudlaşdırılmalı;

- nəqliyyata, rabitə və ofis ləvazimatına çəkilən xərclər azaldılmalı;

- izafi xərclər aradan qaldırılmalıdır.

Neft daha uyğun qiymətə satılanadək sərgi, konfrans, simpozium, seminar, təlim və bu qəbildən olan başqa tədbirlər daha az keçiriləcək və onların maliyyələşdirilməsi artıq məhdudlaşdırılıb. Xarici ölkələrə ezamiyyət müddətinə və ezam olunanların tərkibinə nəzarət də gücləndirilib. Şirkətin struktur bölmələrinə, eləcə də neft və qaz hasilatı, nəqli, emalı sahələri üzrə texnoloji proseslərin aramsızlığını təmin edən mal, iş və xidmətlərin satın alınmasına indən belə daha ciddi diqqət yetiriləcək.

Gələn il yanvarın 1-dən SOCAR nümayəndəlikləri köklü dəyişikliklərlə fəaliyyət göstərəcək. Xərcləri sıfırlamaq üçün əksər nümayəndəliklər öz işini ictimai əsaslarla şirkətin digər əlaqəli qurumlarına ötürəcək. Sənəddə təchizatçı müəssisələrdən satın alınan mal və xidmət xərclərinin, istehsalat itkilərinin azaldılması üçün müvafiq tədbirlərin görülməsi, satınalma əməliyyatlarının səmərəliliyini yüksəltməkdən ötrü müvafiq prosedurların təkmilləşdirilməsi tədbirləri də yer alıb.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube Kanalında izləyin

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG