Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:52

Bahar Muradova: «Mən bu narahatlığı bölüşürəm»


Bahar Muradova
Bahar Muradova

-

«Rusiya ilə də bizim uzun əsrlik əlaqələrimizi, bu böyük qonşumuzla münasibətlərimizin hansı səviyyədə olduğunu elə dost, qardaş ölkə Türkiyə də bilir».

Milli Məclis sədrinin müavini, YAP-ınİdarə Heyətinin üzvü Bahar Muradova «Yeni Müsavat» qəzetinə müsahibəsində belə deyib.

Deputat Ankara ilə Moskva arasında mövcud olan gərginliklər fonunda rəsmi Bakının bu məsələ ilə bağlı ehtiyatlı mövqeyinin səbəblərini açıqlayıb.

«Azərbaycan tərəfinin mövqeyindən Moskva, yaxud Ankarada narahatlıq və ya narazılıq yoxdur ki» sualına cavabda Bahar Muradova deyib ki:

«İndiyə qədər belə bir narahatlıq və ya narazılıq olmayıb. Biz təkcə konkret bu məsələdə deyil, hər zaman eyni mövqeni gözləyən bir ölkəyik. Ona görə də belə vəziyyət bizimçün yeni deyil. Həm vəziyyəti yaxşılığa doğru dəyişməyə, həm də ayrı-ayrılıqda həmin ölkələrlə əldə etdiyimiz razılaşmalara, öhdəliklərimizə uyğun şəkildə davranmağa çalışırıq. Biz həmişə bunun öhdəsindən gəlmişik. Hesab edirəm ki, indiki halda da belədir. Bizim Türkiyə ilə strateji tərəfdaş, dost, qardaş ölkə olduğumuzu heç kəs inkar edə bilməz. Bunu hər kəs, o cümlədən bu gün Türkiyə ilə konfliktli vəziyyətdə olan, bu və ya digər narazılıqları olan ölkələr, o cümlədən Rusiya da bilir. Onlar da yəqin ki, Azərbaycanla münasibətlərini və siyasətlərini də bu amili nəzərə alaraq qururlar. Bu, onlar üçün də yenilik deyil».

«Belə bir incə və həssas məqamda hər hansı tərəfin mövqeyindən çıxış edib, kimisə özümüzə düşmən elan etmək kimi hərəkətlərə yol verməmişiksə, deməli, bu, doğru yanaşmamızın və doğru siyasətimizin nəticəsidir» - deyə deputat vurğulayıb.

Ərəstun Oruclu
Ərəstun Oruclu

MTN-İ XİLAS ETMƏK ARTIQ MÜMKÜN DEYİLDİ

«MTN-in ləğv edilərək nazirliyin əsasında iki müstəqil qurumun yaradılması vaxtında atılmış addımdır».

Bunu Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidmətinin (XKX) yaradılmasını virtualaz.org saytına şərh edən sabiq MTN zabiti Ərəstun Oruclu deyib.

«Bu, bütün dünyada qəbul olunmuş praktikadır. Azərbaycan bu məsələdə hətta bir qədər də yubanıb. Bundan başqa, son hadisələr də göstərdi ki, iki xüsusi xidmət orqanını bir nəfərin tabeçiliyində saxlamaq düzgün deyil» - keçmiş MTN zabiti bildirib.

Ə.Oruclu XKX-nin gələcək fəaliyyət istiqamətlərindən bəhs edərkən bildirib ki, üç istiqamət - Ermənistan, İran və Rusiya istiqaməti prioritet olmalıdır: «Ermənistanla bağlı vəziyyəti izah etməyə xüsusi ehtiyac yoxdur. İran və Rusiyanın isə Azərbaycanda böyük geosiyasi maraqları var. Onlar fəal işləyirlər. Bu da adıçəkilən ölkələr üzrə müvafiq kəşfiyyat fəaliyyətini zəruri edir».

Naxçıvan Avtomobil Zavodu
Naxçıvan Avtomobil Zavodu

QEYRİ-NEFT SEKTORUNDA ARTIM

«Bu ilin yanvar-oktyabr aylarında sənayenin qeyri-neft sektorunda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9.6 faizlik artım qeydə alınıb və bu sahədə qeyri-neft sektorunun payı 76.5 faiz olub».

«Azərbaycan» qəzeti belə yazır.

Məqalədə deyilir ki, sənaye sektorunda müşahidə edilən kəmiyyət və keyfiyyət artımı bu sahədə işləyənlərin sayının və eyni zamanda onların əmək haqlarının artmasına imkan verib. Bu ilin yanvar-sentyabr aylarında sənaye müəssisələrində işləyənlərin orta aylıq əməkhaqqı 12.4 faiz artaraq 796.2 manata çatıb. Sənayenin qeyri-dövlət sektorunda işçilərin orta aylıq əməkhaqqı isə 16.8 faiz artaraq 1000 manatdan çox olub.

PULLAR KƏSİLİR, MİQRANT ORDUSU AZƏRBAYCANA DÖNÜR

«Elə ailələr var ki, tam olaraq bu ölkə hesabına dolanır. Yəni ailə başçısı Rusiyada işləyib, Azərbaycana pul göndərir. Həmin pullar onların sosial vəziyyətinin yaxşılaşmasına ciddi dəstək olurdu. Eyni zamanda daxili bazarda da canlanma yaradırdı. Gələn gəlirlərin azalması daxili bazardakı canlanmanı zəiflədəcək».

Bunu «Bizim Yol»a şərhində iqtisadçı-ekspert Akif Nəsirli bildirib.

Ekspertə görə, vəsaitlərin azalması onu deməyə əsas verir ki, miqrant kimi gedən azərbaycanlıların iş fəaliyyətində problem yaranıb: «Hətta ölkəyə geri dönən miqrantların sayı xeylidir. Bundan əlavə, Azərbaycana əlavə işçi qüvvəsi qayıdır. Bu, Azərbaycanın sosial-iqtisadi həyatına ciddi təsir edən amillərdən biridir. Azərbaycanda əhalinin sosial vəziyyətinin pisləşməsini bir tərəfdən də bu amil stimullaşdırır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG