Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 12:24

Tehran Nigeriyaya etiraz edir


Nigeriya, arxif fotosu

-

İran Nigeriyada şiə müsəlmanların öldürülməsinə etiraz olaraq bu ölkənin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

Məlumatlara görə, Nigeriya əsgərləri ölkənin şimalındakı Zaria şəhərində şiə İslamçı Hərəkatın lideri Ibraheem Zakzaky-nin evinə basqın ediblər. Hərəkat reyd zamanı yüzlərlə şiə müsəlmanın qətlə yetirildiyini bildirir. Qrup üzvləri isə hərbçilərə daş atıbmış.

Digər məlumatlarda 20 nəfərin həlak olduğu qeyd olunur.

Zakzaky və həyat yoldaşı sağdır və saxlanıblar.

XS
SM
MD
LG