Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:50

Neft dağılmaları ilə bağlı yeni işçi qrup


-

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə bağlı mümkün neft dağılmaları ilə mübarizə üçün qrup yaradılıb.
Qrup Fövqəladə Hallar Nazirliyi, SOCAR və BP şirkətindən ibarətdir.

Xəbəri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.

Ərazini mümkün neft dağılmalarından qorumaq məqsədi ilə su səthinə Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza–Xilasetmə Xidmətinin çoxtəyinatlı və çoxfunksiyalı “Svetlomor” və “Sunmar” gəmiləri tərəfindən bon çəpərləri qurulur.

XS
SM
MD
LG