-
Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri görüşəcək
Dekabrın 21-22-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.
Bu haqda Gürcüstanın xarici işlər naziri Giorgi Kvirikaşvili məlumat verib. Görüşdə hər üç ölkələ arasında əlaqələrin hərtərəfli inkişaf perspektivləri, son günlər üçün aktual olan məsələlərin müzakirəsi nəzərdə tutulub.
Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin vəziyyəti və "İpək Yolu" layihəsi üzrə əməkdaşlıq çərçivəsində digər nəqliyyat – logistika layihələri də müzakirə ediləcək.