Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

Siqareti nağd, arağı nağdsız alacağıq


Siqaret
Siqaret

-

Vergilər Nazirliyi aksiz markası ilə markalanmalı olan malların ölkə ərazisində dövriyyəsinin tənzimlənmə qaydalarını təsdiqləyib. Bu qaydalar gələn ilin yanvarından qüvvəyə minəcək.

Qaydaların 3.2-ci bəndinə əsasən, markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satışı və satış məqsədi ilə alışı zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.

Vergi Məcəlləsinin 194.1-1-ci maddəsinə əsasən, aksiz markası ilə markalanmalı olan malların alışı və satışı «Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi» Qaydalarının aşağıdakı tələblərinə uyğun həyata keçirilməlidir:

1. Aksiz markası ilə markalanmalı olan malların istehsalı, idxalı və ya satışı üçün müvafiq lisenziya olduqda;

2. Həmin malları təqdim edən şəxsin malların dəyərinin nağdsız qaydada ödədiyini təsdiqləyən sənədlər mövcud olduqda;

3. Həmin malın təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədi ilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilmə halları istisna olmaqla) ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə.

Nazirliyin məlumatında deyilir ki, yuxarıda sadalanan tələblərdən hər hansı birini pozan şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.

XS
SM
MD
LG