Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 06:42

"Ali Rada"da dava salan qovuldu


Foto arxiv

Ukraynanın Ali Radası xarici ölkə parlamentləri, Avropa Parlamenti və beynəlxalq parlamentlər assambleyasının üzvlərini Rusiyaya qarşı sanksiyaları kəskinləşdirməyə çağırıb.

Deputatlar dekabrın 11-də Rusiyanı Ukrayna ərazisində terror aktlarının təşkilində ittiham edən qətnamə qəbul edilib.

Sənəd həmçinin Ukraynanın Rusiya tərəfindən işğal edilmiş ərazilərində beynəlxalq monitorinqi artırmağa və orda istənilən insan haqları pozuntusuna reaksiya verməyə çağırır.

Qətnamə deputatlarla yanaşı Avropa Komissiyası, Avropa Şurası, ATƏT və NATO rəhbərliklərinə də göndəriləcək.

Ali Radanın iclasında qalmaqal da düşüb.

Baş nazir Arseniy Yatsenyuk çıxış edərkən deputat Oleg Barny ona hücum edib və dava düşüb.

Barny buna görə “Petro Poroshenko” blokunun parlamentdəki fraksiyasından çıxarılıb.

XS
SM
MD
LG