-
Nardaranda fərdi evdə silah və narkotik maddə tapıldığı bildirilir.
Bu barədə Daxili İşlər Nazirliyi xəbər yayıb.
Nazirliyin saytında verilən məlumata görə, Nardaran sakini, əvvəllər məhkum olunmuş Əli Əliyevin evində «F-1» qumbarası və 3.95 qram heroin tapılıb.
Silah və heroin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb.
Əli Əliyevin ona qarşı irəli sürülən ittihamlarla bağlı özünü təqsirli sayıb-saymadığı məlum deyil.
DİN bildirir ki, polis əməkdaşları həmçinin Nardaran ərazisindən içərisində «AKS» markalı silah, 39 ədəd patron və patron darağı olan kisə tapıb.