Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 12:06

Ukraynada diversant qrup saxlanıb


Ukrayna təhlükəsizlik xidmətinin bir əməkdaşı əməliyyat zamanı həlak olub.

İnsident diversant qrupu ələ keçirərkən baş verib.

Onlardan 5-i Ukrayna, 3-ü isə Rusiya vətəndaşlarıdır.

Təhlükəsizlik xidmətinin dekabrın 10-da verdiyi məlumata görə, onlardan 6-sı dekabrın 9-da paytaxt Kiyev və Xarkovda keçirilən əməliyyatlar zamanı yaxalanıb. Qrupun lideri olduğu güman edilən ukrqaynalı isə atışmada öldürülüb.

Məlumata görə bu qrup Ukraynada terror aktlarına hazırlaşırmış.

Qeyd edək ki, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra ölkədə bir neçə dəfə terror aktı törədilib.

XS
SM
MD
LG