Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 13:25

-

İraqda yaşayan bir nəfər ABŞ-ın Oreqon ştatında keçirilən lotereyada 6.4 milyon dollarlıq cekpot udub.

O, dekabrın 1-də, udandan 3 ay sonra Salemdəki ofisdə mükafata sahib çıxıb.

Adı açıqlanmayan iraqlı pulunu 25 il müddətinə ilə 256 min dollar olmaqla əldə etməyi seçib. Vergisi də tutulacaq.

Lotereya qaydaları qaliblərin anonim saxlanmasını qadağan edir. Ancaq İraqda təhlükəsizlik məsələsini nəzərə alaraq həmin kişinin xahişi yerinə yetirilib.

Qalib bileti theLotter.com saytı vasitəsilə, onlayn əldə edibmiş.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG